Milyonları sevindirəcək xəbər - Bundan sonra hər kəsin...

"ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək? Əvvəllərdə qeyd etdiyimiz kimi, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır. Ağ Ev "xarici ticarət savaşında" ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir".

Sonxeber.az-ın məlumatına görə bu barədə iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə. FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə, uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər.
Bu halda avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq. 2017-ci ildə avro-zonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir. Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot stavkasının dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixarcda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görsənmirlər. Bununla belə, uçot stavkasının sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq.

"Uçot stavkasının sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir. Belə görsənir ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarılb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasında imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımdan çox vacibdir. Bununla belə, FED-in uçot stavkasının sıfırlanması baş versə də belə də yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da dollara tələb qalacaq".- V.Bayramov deyib.
Milyonları sevindirəcək xəbər - Bundan sonra hər kəsin...Milyonları sevindirəcək xəbər - Bundan sonra hər kəsin...Aysel


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 12519   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA/VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputa

6 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Bakıda Rusiya vətəndaşı intihar edib

Bakıda Rusiya vətəndaşı intihar edib. APA xəbər verir ki, Rusiya vətəndaşı, 1966-cı il təvəllüdlü Güman İbadullayev yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsindəki evdə turnikdən özünü asaraq öldürüb. Faktla bağlı araşdırma aparılır

6 may
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

4 may
.

Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, işğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib. Burada həmin erməni tibb bacısı Aida Serobyan olub. Ermənista

6 may
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədə

6 may
.

Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxalif ekspertlər öz fikirlərini bildiriblər. Deputat Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verib. -un xəbərinə görə, deputat qeyd edib ki, Milli Məclisə etdiy

5 may
.

Leysan olacaq, dolu yağacaq

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək

6 may
.

Azərbaycanda bu şəxslər 10 günə dövlətdən 1380 AZN ala bilərlər - VİDEO

"Qanunvericiliyə əsasən, cəza çəkməkdən azad edilmiş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət ödənilir. Ödənişin məbləği minimum aylıq əməkhaqqının dörd misli qədərdir". Bu sözləri millət vəkili Vüqar Bayrmov bildirib. Deputat əlavə edib ki, 1380 manat müavinəti 1

6 may