Nazir onlara vaxt verdi

Nazir onlara vaxt verdiVergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Nazirliyin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə Nazirliyin media və kommunikasiya mərkəzindən məlumat verilib.

Kollegiyaya sədrlik edən vergilər naziri Fazil Məmmədov çıxışı zamanı 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə edildiyini deyib.

Onun sözlərinə görə, cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxilolmalarının həcminə də müsbət təsir edib və büdcə proqnozları icra olunub.

F.Məmmədov bununla yanaşı büdcə gəlirlərinin artırılmasının davamlılığı və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacib olduğunu diqqətə çatdırıb.
Kollegiya iclasında əsas məruzə ilə çıxış edən büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti və vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış təhlillər barədə məlumat verib. Bu məqsədlə cari ilin sentyabr ayı və sonrakı 3 ay üçün Tədbirlər Planının ilkin layihəsinin hazırlandığı qeyd edilib və həmin Tədbirlər Planının əsas müddəaları kollegiya üzvlərinin nəzərinə çatdırıb.

H.Məmmədovun sözlərinə görə, Tədbirlər Planı iki hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. O, potensial vergi gəlirlərinin artırılması üçün borclu vergi ödəyicilərdən daxilolmaların təmin edilməsinin zəruri olduğunu qeyd edib. Səyyar vergi yoxlamaları ilə aşkarlanmış nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergi ödəyicilərinin müəyyən edilməsi və yayındırılmış vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi bildirib. Nazir müşavirinin sözlərinə görə, aparılmış təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmiləşdirilməsinə ehtiyac var.

Tədbirlər Planı toplantıda ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə Tədbirlər Planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Nazir F.Məmmədov vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, real vergitutma bazasının düzgün müəyyənləşdirilərək ödəmə qabiliyyətli vergi ödəyiciləri üzrə borcların alınmasına dair işlərin sürətləndirilməsi, vergi yoxlamalarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, nağd hesablaşmalar aparan vergi ödəyiciləri üzrə vergidən yayınma hallarının təhlil edilərək qanunamüvafiq tədbirlərin görülməsi, vergi sahəsində həyata keçirilən inzibatçılıq tədbirlərinin səmərəliliyinin artırılması olduğunu bildirib.

Nazir vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin, vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlərin və qanunsuz sahibkarlıq fəaliyyətinə nəzarətin daha da gücləndirilməsinin, fəaliyyət sahələri üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə "2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı Tədbirlər Planı" təsdiq edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1165   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

4 may
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

4 may
.

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: mayın 5-6-da...

Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığında

4 may
.

Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır

Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiy

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

5 may