Asiya İnkişaf Bankı Azərbaycanın COP29-a ev sahibliyi etməsi faktını alqışlayır
Asiya İnkişaf Bankı (ADB) üzv ölkə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsindən çox məmnundur və dəstəyini bildirərək ölkənin rəhbərliyinə müraciət edib.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.
"Ötən il Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-cu sessiyasında (COP28) gördüyümüz kimi, COP sədri seçilmək əslində ev sahibi ölkəyə iqlim dəyişikliyinin təsirlərini azaltmaq, eləcə də iqtisadiyyatın karbon izini azaltmaqla bağlı əlavə tədbirlər görmək üçün böyük stimul verir. Azərbaycana gəldikdə hökumət 2030-cu ilə qədər 30 % azalma əldə edəcəyini bəyan edib ki, bu da 2030-cu ilə qədər enerjinin bərpa olunan mənbələrdən əldə edilməsi deməkdir", - o bildirib.
Y.Jukovun sözlərinə görə, ADB bu məsələdə Azərbaycan hökuməti ilə çox sıx əməkdaşlıq edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 534 Tarix: 04 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrXalq artisti Zaur Rzayevdən xəbər var
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin
14 sentyabrGüclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş
14 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabr