Nazirlərimiz görün hansı kitabları oxuyur - SİYAHI

Nazirlərimiz görün hansı kitabları oxuyur - SİYAHIÖtən ay Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikanın ərazisində oxunmasını zəruri hesab etdiyi 30 kitab barədə sərəncam imzalaması ictimaiyyət arasında maraqla qarşılanıb.

sərəncamda qeyd olunan kitablar arasında həm yerli, həm də dünya ədəbiyyatından məşhur yazarların əsərləri yer alıb.

Daha sonra sosial şəbəkələrdə həm siyasətçilər, həm iqtisadçılar, həm də ziyalılar maraqlı hesab etdikləri kitabların adlarını yazaraq, oxumağı tövsiyə ediblər.

"Qafqazinfo" sözügedən sərəncamdan sonra Azərbaycanda nazirlərin ən sevdiyi kitab və əsərlərlə maraqlanıb.

Bildirək ki, ölkədə fəaliyyət göstərən əksər nazirliklərin mətbuat xidmətlərinin rəhbərlərinə bir neçə həftədir ki, bununla bağlı sorğu göndərsək də, cəmi 3 qurumdan müsbət cavab ala bildik.

Bəziləri təmsil etdikləri postun rəhbərini görmədiyini, bəziləri isə nazirin əlçatmaz olduğunu bildirərək, sorğuda iştirakdan imtina etdilər...

Bizi isə, sadəcə, kitab maraqlandırırdı. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi və Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbərləri isə mövzu ilə bağlı susmağı üstün tutdular...

Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Nazirlərimiz görün hansı kitabları oxuyur - SİYAHIDövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsindən bildirilib ki, DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev Azərbaycan və dünya ədəbiyyatına aid klassik və müasir əsərləri mütaliə etməyi çox sevir. Xüsusilə dünya şöhrətli şair və mütəfəkkirimiz Nizami Gəncəvinin zəngin ədəbi xəzinəsinə, eləcə də, xarici klassiklərdən Uilyam Şeksprin yaradıcılığına mütəmadi müraciət edir. Əlbəttə ki, gərgin iş qrafikinə baxmayaraq, vaxt ayırıb elmi-siyasi ədəbiyyatı, həmçinin müxtəlif janrlarda yazılmış yeni əsərləri də mütaliə edir. Qeyd olunmalıdır ki, ümumiyyətlə, ölkəmizin əleyhinə yönəlmiş qəsdlərə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyətin əməliyyat-döyüş və mənəvi-psixoloji hazırlığının əsas tərkib hissəsi olaraq, hər bir əməkdaşın azərbaycançılıq məfkurəsini dərindən mənimsəməsi, mənəvi-əxlaqi saflığının, intellektual və elmi-mədəni səviyyəsinin daha da yüksəldilməsi, xidmət üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dünyagörüşünün durmadan genişləndirilməsi üçün rəhbərliyin əmri ilə təsdiq olunmuş xüsusi proqramlar həyata keçirilir. Ulu Öndər Heydər Əliyev demişdir: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz". Bu Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçılarının devizidir.

Hüseyn Bağırov - Ekologiya və təbii sərvətlər naziri

Nazirlərimiz görün hansı kitabları oxuyur - SİYAHIEkologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dünya şöhrətli bir neçə yazıçının əsərlərini çox sevir. Bunların siyahısına İrvinq Vaşinqtonun "Əl –hambra" , Erix Mariya Remarkın bütün əsərləri ("Üç yoldaş", "Qərb cəbhəsində yenilik yoxdur" və s.), Stefen Havkinqin isə "Zamanın qısa tarixi" əsərləri daxildir.

Səlim Müslümov - Əmək və əhalinin sosial müdafiəsi naziri

Nazirlərimiz görün hansı kitabları oxuyur - SİYAHIƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə sorğumuzu cavablandırıb.

S.Müslümov vurğulayıb ki, ölkəmizdə gənc nəslin ədəbiyyata ehtiyacının, ümumən cəmiyyətdə mütaliəyə mənəvi tələbatın ödənilməsi məqsədilə hələ 2004-cü ildə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb: "Həmin sərəncamlara əsasən, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, həmçinin lüğət və ensiklopediyalar latın qrafikası ilə kütləvi tirajla nəşr edilib və respublikamızın bütün kitabxanalarına hədiyyə edilib. Eyni zamanda, cənab prezident 2007-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında iki Sərəncam imzalayıb və həmin Sərəncamlara uyğun olaraq, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, o cümlədən Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərindən, dünya ədəbiyyatı üzrə antologiyalardan ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" nəfis tərtibatla nəşr edilib. Bu mühüm tədbirlər ölkəmizdə klassik bədii ədəbiyyat nümunələrinin təbliği və cəmiyyətimizdə onların mütaliəsinə geniş şəraitin yaradılmasına imkanlar yaradıb.

Nazir Naxçıvan MR Ali Məclisinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Oxunması zəruri olan kitabların siyahısı"na münasibət bildirərək, siyahıda əksini tapan kitabların hər birinin yüksək ideya-bədii xüsusiyyətlərə malik maraqlı əsərlər olduğunu və həmin kitabların mütaliəsinin gənclərin mənəvi-əxlaqi tərbiyəsində, onlarda vətənpərvərlik hissinin və milli kökə bağlılıq hissinin güclənməsində mühüm önəm kəsb etdiyini bildirib".

Nazir həmçinin siyahıdakı kitablar sırasında 6 əsəri - "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti"ni, "Kitabi-Dədə Qorqud" dastanını, Qurban Səidin "Əli və Nino" romanını, Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasını, Gi de Mopassanın "Gombul" və Sədi Şirazinin "Gülüstan" əsərlərini çox sevdiyini də diqqətə çatdırıb.

Hələ kiçik yaşlarından, hərfləri öyrənən vaxtlardan bədii kitablar oxumağa böyük həvəs göstərdiyini deyən S.Müslümov hələ orta məktəb illərində Azərbaycan ədəbiyyatının klassiklərini, habelə müasir Azərbaycan yazıçı və şairlərini böyük maraqla mütaliə etdiyini, həmçinin dünya ədəbiyyatı nümunələri ilə də yaxından tanış olduğunu qeyd edib.

Nazir gənclik illərində Lev Tolstoyun, Nikolay Leskovun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Nikolay Şoloxovun, Qustav Floberin, Prosper Merimenin, Gi de Mopassanın, Jorj Sandın, Aqata Kristinin, Albert Kamyunun, Uilyam Folknerin, Jan Pol Sartrın, Qabriel Qarsia Markesin, Çingiz Aytmatovun və başqa məşhur qələm sahiblərinin əsərlərini sevərək oxuduğunu qeyd edib.

Bu gün də həyatını kitablarsız təsəvvür etmədiyini, həmişə yeni nəşr olunan kitablarla maraqlandığını bildirən S.Müslümov Paolo Koelyonun "Kimyagər" və Gülşən Lətifxanın "Azəraida adası" kitablarının da onun sevimli kitabları sırasında olduğunu, bu kitabları oxumağı hər kəsə məsləhət bildiyini deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1725   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021