Azərbaycandan MÜHARİBƏ ANONSU

Azərbaycandan MÜHARİBƏ ANONSU"Düşmən yaxşı bilir ki, torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil"

Düşmən yaxşı bilir ki, torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil, buna görə də təşvişə düşüb.

Sonxeber.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zamanı deyib.

F.Hacıyev bildirib ki, qədim Azərbaycan torpağı olan Qarabağda bu görüşün keçirilməsi təsadüfi deyil:

"Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, hər bir azərbaycanlının düşüncəsi Qarabağla bağlıdır, hər bir fəaliyyət Qarabağın tezliklə azad olunmasına istiqamətlənib. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizi tezliklə qələbə çalaraq Qarabağımızı qaytaracağımıza əmin edir. Düşmən və onun havadarları artıq gözəl bilirlər ki, cənab Prezidentin qətiyyətli səyləri nəticəsində torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil və buna görə də onlar çox təşvişə düşüblər, müxtəlif yollarla bizə təsir etmək istəyirlər. Amma onlar bilirlər ki, Azərbaycan vətəndaşı öz Prezidentinə inanır və ona arxalanır, cənab Prezident ətrafında sıx birləşib və onun istənilən göstərişini dərhal əməl eməyə hazırdır. Bu xüsusda gənclərin rolu çox önəmlidir".

Gənclər Fondunun icraçı direktoru qeyd edib ki, Azərbaycan artıq 26 ildir müstəqil fəaliyyət göstərir, inkişaf edir, dünya ölkələri arasında özünə layiqli yer tutur:

"Ölkəmiz regionun lider dövlətidir və bizim ölkəmizin rəyi və razılığı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Budur bizim reallığımız, bizim gücümüz. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz insanlar rəhbərlik etdi və bunun nəticəsi kimi torpaqlarımızı itirdik. Amma müdrik Azərbaycan xalqı bütün bu çətinliklərdən və uğursuzluqlardan qurtarmaq üçün öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyev öz xalqını bu çətin məqamlarda birləşdirə bildi, ölkəni xaosdan və parçalanmaqdan xilas etdi, respublikada sabitliyin bərqərar olması üçün və özünün dediyi kimi, müstəqilliyimizin ədəbi, dönməz və sarsılmaz olması üçün əlindən gələni etdi. Bu gün biz öz ölkəmizdə yaşayırıq, inkişaf edirik və Ulu Öndərin görmək istədiyi nəsil yetişdiririk - Azərbaycançılıq ideyaları üzərində formalaşan gənclik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2327   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Trampın mümkün vitse-prezidenti heyvanlara qarşı amansız rəftarı ilə məşhurlaşıb

Trampın vitse-prezidentliyinə əsas namizədlərindən biri olan Cənubi Dakota qubernatoru Kristi Noem öz xatirə kitabında 14 aylıq iti Kriketin öldürülməsini təsvir edib. Noemin sözlərinə görə, o, itə nifrət edib və qırqovul ovunu pozduqdan sonra heyvanı güllələyib. Kriketin ardınca Noem fermasında ola

28 aprel
.

Bakıda avtomobil yanır, yolda tıxac yaranıb - VİDEO

Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır. -a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb. Hazırda yanğının tam söndürülməsi üçün iş aparılı

27 aprel
.

Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO

"Ceyhun adlı sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış". xəbər verir ki, bu fikirləri İTV-yə müsahibəsində sabiq prokuror Munis Abuzərli səsləndirib. O bildirib ki, Ceyhun polis olduğuna görə sevgilisi Nigar ondan şübhələnmirdi:. "Hətta oğurluğa girdiyi evdə oturub konya

28 aprel
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28 aprel
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel
.

Abşeronda 49 yaşlı qadın qətlə yetirilib: Əri saxlanılıb

Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinə

28 aprel
.

Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb

Bakıda 33 yaşlı kişi quyuya düşərək ölüb. "Report" xəbər verir ki, hadisə şəhərin Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Emin Sakit oğlu Quliyev tullantı maddələr axıdılan quyuya düşərək həyatını itirib. Faktla bağlı araşdırm

2 may
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel