Hacıbala Abutalıbov Lütfi Zadə haqqında danışdı

Hacıbala Abutalıbov Lütfi Zadə haqqında danışdıBakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ABŞ-da vəfat edən görkəmli azərbaycanlı alim Lütfi Zadənin nəşinin Bakıya nə vaxt gətiriləcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, H.Abutalıbov Ölkə.Az-a deyib ki, hazırda bu istiqamətdə lazımi işlər görülür: "Lütfi Zadənin nəşinin nə vaxt Azərbaycana gətiriləcəyi barədə hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq bu istiqamətdə lazımi işlər görülür. Lütfi Zadənin nəşi Azərbaycana gətirilən kimi hər şey ən yüksək səviyyədə həll olunacaq. Mərhumun məzar yeri də I Fəxri Xiyabanda tam hazırdır. İndi Lütfi Zadənin qohumu da yanımdadır. Mərhumun ölümü ilə bağlı sənədi gətirib. Hazırda həmin sənədlərlə tanış oluram".

H.Abutalıbov Bakının Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafenin bağlanılması ilə əlaqədar ona qarşı səsləndirilən ittihamlara cavab vermək istəməyib: "İndi bu barədə danışmaq istəmirəm. Xahiş edirəm ki, bunu nəzərə alın".

Xatırladaq ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1733   Tarix: 15 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021