Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

3. Qardaşı Qabillə tar kursuna gedirlər, Qabil tarda istedadsız olur, heç nə çala bilmir, notu hiss eləmir. Habil isə hər şeyi dəqiqliklə öyrənir. Bir gün atası onları yoxlayır. Qardaşı tarı sinəsinə basıb səhv, ağlına gələni çalır, amma uzun-uzadı çalır, Habil isə öyrəndiyi bir-iki notu ifa edir. Bunu görən atası Habilin boynunun ardından bir şapalaq vurub deyir: "Səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır?!"

4. Günlərin birində Habil Əliyev Qəbələnin Qəmərban kəndinə toya gedir. Toyda gələcək həyat yoldaşı Şərqiyyə xanımla tanış olur. Şərqiyyə xanım o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqust ayında ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğu üçün hədələyir. Bu evlilikdən onların dörd övladı olur.

5. Bir gün Habilə deyirlər, get kaman ustası Nefton Qriqoryanın yanına, o, sənə kamançada axtardığın səsi tapmaqda kömək edəcək. Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək etmir. Habil hərləyib-fırlayıb bir gün onu içirdir. Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsan, sən deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habil kamançanın futlyarını çıxarıb kəmanəni necə çəkirsə, Əlibaba Məmmədov dəhşətə gəlir.

6. İranda qastrol səfərində olanda konsert vaxtı Habil kamançanı necə ifa edirsə, İran muğamının Tanrısı hesab olunan Şajaryan Habil Əliyevin qarşısında ikiqat olub təzim edir.

7. Çox qısqanc kişi olub. Ölən gününə qədər həyat yoldaşını hamıya qısqanıb. Hətta ömrünün son günlərində, ən ağır vaxtlarında belə bu xasiyyətinə görə evinə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi gəlməyib.

8. Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul segah"ı verirlər. Habil Əliyev öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq".

9. Ermənilər Habilin kamançada tapdığı səsi itirdirlər. O, müsahibələrinin birində bu haqda deyir: "Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdu. Soruşanda dedilər, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə (Əhsən Dadaşov - red.) Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim. O, mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 km-lik yol gedirdik. SSRİ zamanı idi. Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım".

10. Habil Əliyevə qədər Bakıda ən məşhur müğənniləri erməni kamança ifaçıları müşayiət edirdi. O, gələndən sonra vəziyyət dəyişdi. Habil kamançanı ermənilərin əlindən aldı! Qarabağ münaqişəsi başlayandan sonra ermənilərin kamança alətini özününküləşdirmək təşəbbüsü daha geniş vüsət aldı. Bu hadisələri həssaslıqla izləyən Habil Əliyev çox müdrik bir söz söyləmişdi: "Məndən yaxşı çalsınlar, kamança olsun onların!" Bu isə mümkün deyildi! Habillə düşmənçiliklərinin kökündə də elə bu fakt dayanırdı.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2835   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021