Azərbaycanda milyonları sevindirəcək xəbər - "Bundan sonra..."

Azərbaycanda milyonları sevindirəcək xəbər - "Bundan sonra...""Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını deyən E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: "Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusi ilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük".

....
"Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlarla üzləşib. Prezident İlham Əliyev tərəfindən irəlin sürülən yeni iqtisadi inkişaf strategiyası və islahatlar proqramı dünyada baş vermiş maliyyə böhranından sonra formalaşan yeni situasiyaya uyğunlaşmağa və yeni iqtisadi artım və inkişaf modelinin formalaşmasına yönəlib".

Bunu Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün ölkə qarşısında duran ortamüddətli prioritetlər makroiqtisadi sabitliyin dayanıqlığının təmin edilməsi, iqtisadi şaxələndirməni hərtərəfli dəstəkləyən institusional çərçivənin tamamlanması, insan kapitalının və innovasiyaların inkişafı, maliyyə sektorunun restrukturizasiya proseslərinin tamamlanması və maliyyə-pul bazarlarının inkişafı və bu əsasda iqtisadi artımın sürətləndirilməsi, ölkə əhalisinin yaşayış standartlarının daha da yaxşılaşdırılmasından ibarətdir.

Baş bankir qeyd edib ki, yeni dövrün çağırışlarına uyğunlaşma siyasətinin həyata keçirilməsi artıq özünün ilkin müsbət nəticələrini verməkdədir: "2017-ci ilin ötən dövründə makroiqtisadi sabitlik trendlərinin güclənməsi, bu əsasda iqtisadi artımın bərpa edilməsi müşahidə olunub. İqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması istiqamətində həyata keçirilmiş tədbirlər və şaxələndirmə istiqamətində verilən qərarların təsiri də ölkənin tədiyyə balansının yaxşılaşdırıb".

E.Rüstəmov əlavə edib ki, 2017-ci ilin I yarısında tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. O, vurğulayıb ki, bu ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 12%-dək artıb və ÜDM-in həcmini üstələyib: "Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb". //APA


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8316   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

6 may
.

Əhməd Cavadın nəticəsi: "Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!"

"Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sove

6 may
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

6 may
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

6 may
.

Leysan olacaq, dolu yağacaq

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək

6 may
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

6 may
.

Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb. xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb. Bu barədə -in "qaynar xətti"nə şikayət və görüntülər daxil olub. Qeyd edilib ki, sahibsiz itlər AAF park yaşayış kompleksində yaşayan sakinlər

6 may
.

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA/VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputa

6 may
.

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. -in məlumatına görə, müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməl

6 may