Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...

Nərimanov rayonu 200 saylı orta məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərini eşidən valideynlər hazırda bu qərara etiraz edirlər.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda 100-dən çox valideyn məktəbin akt zalında toplaşıblar. Onlar direktorun yenidən öz vəzifəsinə qaytarılmasını tələb edirlər.

Narazı valideynlərin saytımıza verdiyi məlumata görə, Qafar Hüseynov çox yaxşı müdir olub və bu səbəbdən onun getməsini istəmirlər: "Qafar müəllim nümunəvi direktordur. Biz onun işdən çıxarılmasını istəmirik. Üstəlik o, hazırda xəstəxanadadır. Yıxılıb, ayağı sınıb. Burada elə valideynlər var ki, onlar sırf Qafar müəllimə görə, uzaqda yaşasalar da uşaqlarını bu məktəbə qoyublar. Qafar müəllim bu məktəbdə çox gözəl sistem qurub. Onun çıxarılmasını istəmirik".

Hazırda Bakı Şəhər Təhsil İdarəsindən nümayəndə gəlib, valideynlərlə söhbət aparılır.

Müəllimlər deyirlər ki, sabahdan etibarən məktəbə gəlməyəcəklər. Valideynlər isə uşaqlarını məktəbə gətirməyəcəklərini deyirlər.

Bakı şəhər təhsil idarəsinin nümayəndəsi Əfqan İsgəndərov çıxışı zamanı dedi ki, məktəbdə rüşvət alınması barədə şikayət edilib. O məsələ də araşdırılır.

Əfqan İsgəndərov musavat.com-a deyib ki, direktor sağalan kimi işinə geri dönəcək: "Qafar müəllim hazırda xəstəxanadadır. Sağalsın, gələcək və vəzifəsinə davam edəcək. O ki qaldı şikayətlər məsələsinə, onu nazirlik həll edəcək".

Öyrəndik ki, dünən nazirlik əməkdaşları məktəbdə yoxlama da aparıblar. Onlar müxtəlif sinfdlərdə şagirdlərdən müəllimlərə pul verib-vermədiklərini soruşublar.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir".
Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...Orta məktəbdə valideynlər AYAĞA QALXDI - SƏBƏBİ İSƏ...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2904   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə burada evlər ucuz qiymətə kütləvi satışa çıxarılır? - Video

Son vaxtlar Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində evlər ucuz qiymətə kütləvi şəkildə satışa çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Xəzər TV bununla bağlı süjet hazırlayıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, makler evləri kimi tanınan həyət evlərinin daha ço

3 may
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

3 may
.

Rəis ifadəsi üçün Bakıya gətirilib - Gömrük İdarəsində əməliyyat

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bakupost-a istinadən xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib. Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabde

3 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini "ifşa edib"

29.04.2024-cü ildə Fransa xüsusi xidmət orqanı DGSE-nin məlum mətbuat uzantısı "İntelligence Online" Ermənistanda hərbi sənayesinin qurulması işinə cəlb edilən Britaniya şirkətlərini, nüfuzlu britaniyalıların işin koordinasiyasına görə aldığı məbləğləri qəsdən açıqlayan yazı ilə çıxış edib

3 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

Braziliyada şəhərlər sel suları altında qaldı, onlarla insan həyatını itirdi

Braziliyanın Uruqvayla sərhədində yerləşən Rio-Qrandi-du-Sul ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 60 nəfər itkin düşüb. Bildirilib ki, ştat ərazisində yerləşən 150-dən çox şəhər təbii fəlakətdən zərər çəkib. Azı 10 min insan evini tərk etmək məcburiyyətində qalıb. 500 mindən çox ev su infrastrukturunu

3 may
.

Cəbrayıl rayonunun Horovlu kəndi belə tikilir - VİDEO

Cəbrayılın Horovlu kəndində tikinti işləri davam edir. xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb. Qeyd olunub ki, ilk mərhələdə 334 fərdi yaşayış evinin inşası həyata keçirilir

2 may
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

2 may