Azərbaycanın məşhur telekanalından BİABIRÇILIQ - işçilərə 4 aydı maaş VERİLMİR

Azərbaycanın məşhur telekanalından BİABIRÇILIQ - işçilərə 4 aydı maaş VERİLMİR"Space" telekanalında çalışanların şikayəti var.

Sonxeber.az bildirir ki, cebhe.info xəbər verir ki, işçilərin aylardır əmək haqlarını ala bilmədiklərini bildiriblər. Sosial şəbəkələrdə "Space" telekanalının işçisi Əhməd Məmmədov tərəfindən açıq məktub dərc olunub: "Mən kanalın əməkdaşıyam. 4 aydır maaş ala bilmirik.

Xahiş edirik bu məsələni ictimailəşdirin. "Space" televiziyasında işçilər may ayından bu günə qədər öz maaşlarını ala bilmirlər. Kanalın əməkdaşları televiziyanın mühasibatlıq şöbəsinə yaxınlaşsalar da, şöbənin müdiri Elnarə və onun işçisi Cəvahir xanım bildirir ki, televiziyanın hesabında pul yoxdur, xoşunuza gəlmirsə, işdən ərizə yazıb çıxın.Çünki televiziyanın rəhbəri Vaqif Mustafayev aylıq maaşları ödəyə bilmir.Televiziyanın büdcəsində isə pul yoxdur.Televizyaya reklam yerləşdirən şirkətlər isə artıq reklam verməkdən imtina edir.Çünki televizyada bütün layihələrin ömrü 2-3 aydan artıq çəkmir. Buna görə də şirkətlər reklam vermir və riskə getmək istəmirlər.

Televiziyanın əməkdaşları artıq 4 aya yaxındır ki, maaş ala bilmir.Televiziyanın Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə külli miqdarda borcu olduğu üçün televiziyanın hesabı bağlanıb. Adıçəkilən qurumların "Space" televiziyasını məhkəməyə verdiyi bildirilir. İşçilərin bir qismi ərizə yazıb işləməkdən imtina etsə də, qalan əməkdaşları toplayan Vaqif Mudtafayev xahiş edib ki, bu çətin durumda işi atıb onu pis vəziyyətdə qoymasınlar.Vəziyyət xaotik həddə çatdığı üçün televiziyanın "Hər gün" xəbərlər xidmətinin əməkdaşları və əyləncəli verilişlərinin əməkdaşları çarəni rüşvət almaqla dolanmaqda görürlər".

"Space" Müstəqil Televiziya və Radio Şirkətinin ictimaiyyətlə əlaqələr departamentin rəhəri Eldəniz Elgün Cebhe.info-ya açıqlamasında telekanalda Əhməd Məmmədov ad-soyadlı işçinin çalışmadığını deyib: "Bu qurama bir şeydir, təxribatdır. Sadəcə, "Space" gündəmə gəlsin, bəzi mətbu orqanlar da bunu işıqlandırsın. Bizdə heç bir halda Əhməd Məmmədov ad-soyadlı işçi olmayıb. Təxminən 10-15 gün bundan qabaq belə bir söhbəti yenə yaymışdılar, qarşısını aldıq. Görünür, məqsədli şəkildə edirlər".

Qeyd edək ki, "Space" televiziyası 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1528   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". Bu barədə "Reuters" xəbər yayıb. Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir. "Sülhməramlıların bütün zirehli texnikası, o cümlədə

27 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbayca

27 aprel
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27 aprel
.

Xankəndidə silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bunda

27 aprel
.

13 yaşlı İbrahimin meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, meyit nazirliyin Xüsus

27 aprel
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27 aprel
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26 aprel