Bakının "Memar Əcəmi" metrostansiyasının qarşısında DƏHŞƏTLİ QƏTL -FOTOLAR

Bakının "Memar Əcəmi" metrostansiyasının qarşısında DƏHŞƏTLİ QƏTL -FOTOLARBakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynov barəsində olan hökmdən dövlət ittihamçısı apelyasiya protesti verib.

Prokurorun protesti Bakı Apelyasiya Məhkəməsinə daxil olub.

Şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirismayıl Hüseynov 5 il müddətinə azadlqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Mirismayıl Hüseynovun cəzasının 10 ilə qədər artırılmasını tələb edir.

Eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib.

İttihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 14-də Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.

İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonda 21 yaşlı Ələkbər Muxtarovla yazışdığın görüb. O, Feysbukda başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Ələkbər Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb.

Bundan sonra Mirismayıl Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbəri yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı mübahisə düşüb və Mirismayıl Ələkbəri bıçaqlayaraq öldürüb.

Mirismayıl Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

Məlum olub ki, qətli törədən Mirismayıl Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Mirismayıl Hüseynov ilkin ifadəsində cinayəti qisqanclıq zəminində törətdiyini etiraf edib. Bildirib ki, öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışıb, görüşə dəvət etdiyi üçün cinayətə əl atıb.
Bakının "Memar Əcəmi" metrostansiyasının qarşısında DƏHŞƏTLİ QƏTL -FOTOLARBakının "Memar Əcəmi" metrostansiyasının qarşısında DƏHŞƏTLİ QƏTL -FOTOLARBakının "Memar Əcəmi" metrostansiyasının qarşısında DƏHŞƏTLİ QƏTL -FOTOLARMənbə: Teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4694   Tarix: 23 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim"

Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İş

2 may
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyev maddi ziyanla bağlı məhkəməyə ərizə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq. Qey

2 may
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29 aprel
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

5 may
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

4 may