"Baku Electronics" müştərilərə saxta telefonlar satır — FAKT

"Baku Electronics" müştərilərə saxta telefonlar satır — FAKT7News.az informasiya portalı "Baku Electronics" Mağazalar Şəbəkəsi haqqında ötən günlərdə geniş yazı dərc etmişdi. Yazıdan sonra sözügedən redaksiyaya bu mağazalar şəbəkəsinə aid müxtəlif mallarının saxta olması ilə bağlı ilginc məlumatlar daxil olmaqdadır.

Son zamanlar paytaxtın bir sıra yerlərində fəaliyyət göstərən məişət avadanlıqları satan mağaza şəbəkələrinin sayı çoxalıb. Bunlardan biri də "Baku Electronics" Mağazalar Şəbəkəsidir.

Bizə verilən məlumata görə, sözügedən mağaza əvvəllər keyfiyyətli işiylə digər mağaza şəbəkələrindən kəskin şəkildə fərqlənirdi. Belə ki, istehlakçılar "Baku Electronics" MMC-nin xidmətlərindən razı idilər. Bu da ondan irəli gəlirdi ki, yeni açılanda mağaza müştəri toplamaq üçün maksimum dərəcədə yaxşı xidmət göstərməyə çalışırdı.

Lakin kifayət qədər müştərisi olan mağaza artıq özünə güvənərək fəaliyyətində ciddi nöqsanlara yol verməyə başladı. Bu isə sözsüz ki, mağazalar şəbəkəsinin bazarına da mənfi təsir göstərməyə başladı. Təəssüf ki, son zamanlar sözügedən ticarət obyektinin fəaliyyətində nöqsanlar aşkar edilməkdədir.

1. Bizə verilən məlumatlarda bildirilir ki, müştərilər oradakı məhsulların keyfiyyətindən narazıdırlar. Əvvəlki kimi keyfiyyətli məhsul satmırlar.

2. Yalançı endirim kampaniyaları adı altında vətəndaşları aldadırlar.

3. Məhsullar faizsiz, ilkin ödənişsiz satılır yazılsa da, hansısa məhsulu aldıqda məhsul vitrində göstərildiyi qiymətə deyil, ondan yüksək qiymətə başa gəlir. Soruşanda isə komisyon haqqıdır deyərək müştəriləri aldadırlar. Müştəriyə isə bütün bunlar alqı-satqı sənədləri yekunlaşandan sonra agah olur. Onda da artıq gec olur.

4. Bundan başqa "tək şəxsiyyət vəsiqəsilə məhsulları kredit yoluyla əldə et" kimi elanlar verirlər. Lakin mağazaya daxil olub hansısa malı kredit vasitəsilə almaq istədikdə aydın olur ki, başqa kimsə zamin durmalıdır, bundan başqa evdə şəhər telefonu olmalıdır, iş yerin olmalıdır və s tələblər irəli sürürlər. Bu cür vasitələrlə vətəndaşların qızıl vaxtını alırlar. Əgər bu cür tələblər irəli sürüləcəksə, niyə yalançı reklamlarla istehlakçıların hüquqlarını pozurlar.

5. Bizə verilən informasiyalara görə, "Baku Electronics" Mağazalar Şəbəkəsi zəmanət məsələsində də müştərilərinə kələk gəlir. Məhsullara bir, iki, üç illik zəmanət verən mağaza qısa zaman içərisində xarab olan məhsulları dəyişdirmir. Təmir etdikdə isə detalların olmadığını bəhanə gətirərək təmir vaxtını uzadır. Beləliklə məlum olur ki, "Baku Electronics" şirkəti oyunbazlıqla, süründürməçiliklə məşğul olur.

Bundan başqa əldə etdiyimiz məlumata görə, "Baku Electronics "Mağazalar Şəbəkəsi son bir ildə satdığı malları Sədərək Topdan Satış Mərkəzindən alır. Malları topdansatış qiymətinə aldığı üçün bu şirkətin gəlirlərinə elə də təsir etmir. Artıq kredit monopoliyasını əlinə aldığı üçün satdığı avadanlıqların üstündə dəyərindən iki dəfə çox qiymət qoyan mağazalar şəbəkəsi əslində heç nə itirmir, əvəzində isə vergidən yayınmaq üçün bütün imkanları əldə etmiş olur.

Bu faktları dərc etdikdən sonar reaksiyamıza gələn zənglərin ardı-arası kəsilmir

Belə ki, xanım müştəri "Baku Electronics "Mağazalar Şəbəkəsindən 6 aylıq kreditlə Apple Iphone 5S alıb. Kreditin bitmsinə lap az qalmış telefon sönür və yanmır. 1 illik zəmanəti olan müştəri dərhal mağazalar şəbəkəsinə üz tutur. Mağazadan isə xanımı MTS servisə yönləndirilər. Burda baş verənlər isə xanımı lap dəhşətə gətirib. Belə ki, servis telefonun 150 AZN müqabilində düzəltməyi "tövsiyyə" edir. Xanımın razılaşmadığını görən servis işçiləri telefonu dərhal geri götürməsini tələb edirlər. Yenidən "Baku Electronics "Mağazalar Şəbəkəsinə üz tutan xanım servisdə baş verənləri mağazaya nəql edir. Lakin mağaza telefonu servisdən götürməməyi "məsləhət" görür. Xanım müştəri ətrafında Apple Iphone 5S smarfonu işlədən hər kəslə başına gələnləri bölürşür. Onlar isə telefonun orginal olmadığını və təmir ediləcəyi təqdirdə yenidən sıradan çıxacağını bildirirlər.

P.S. 7News.az informasiya portalına "Baku Electronics "Mağazalar Şəbəkəsinin digər məhsulları ilə bağlı audio, video və fotofaktlarla dolu materiallar göndəriblər. Ekspert müxbir heyəti faktları araşdırdıqdan sonra genişformatlı məqaləni oxucularımıza təqdim edəcəyik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2053   Tarix: 05 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr