Polad Bülbüloğlu geri çəkildi - GÖRÜN NİYƏ

Polad Bülbüloğlu geri çəkildi - GÖRÜN NİYƏPolad Bülbüloğlu niyə geri çəkildi?
Polad Bülbüloğlu niyə geri çəkildi?
Mədəniyyət 01:08 Oxunma sayı: 979
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb. Bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, YUNESKO-nun yeni baş direktorunun təyin edilməsi ilə bağlı 9 oktyabr tarixində, Fransanın paytaxtı Parisdə səsvermənin birinci turu keçirilib. Məlumat üçün bildirək ki, ilk olaraq YUNESKO-nun yeni baş direktoru vəzifəsinə 9 nəfərin namizədliyi irəli sürülsə də, sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) iştirak edirdi.

Lakin YUNESKO-nun İcraiyyə Şurası səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Səsvermədən sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz namizədliyini geri götürüb.

"Qafqazinfo" "Musavat.com"a istinadən xəbər verir ki, onun namizədlikdən getməsi ölkə ictimaiyyəti üçün gözlənilməz olub və çoxsaylı suallar doğurub. Yayılan iddialara görə Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunmaq üçün 3 ildir ki, ciddi-cəhdlə hazırlaşırmış. Hətta bu illər ərəfəsində bütün fəaliyyətini bu məsələyə yönəldərək, namizədliklə bağlı kampaniyalar təşkil edib. Buna əyani sübut kimi bir faktı qeyd etmək olar. Bir neçə həftə öncə Müslüm Maqomayevlə bağlı məlum qalmaqala aydınlıq gətirmək üçün səfirin də mövqeyi öyrənilməyə çalışsa da, zənglərə köməkçisi cavab verərək bildirmişdi ki, "Polad Bülbüloğlu hazırda daha çox YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunması məsələsi üzərində çalışır, başı qarışıqdır".

Təbii ki, bu qədər çalışmaların ardınca Polad Bülbüloğlunun birdən-birə öz istəyi ilə namizədlikdən geri çəkilməsi nə gözlənilən, nə də inandırıcı oldu.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə əlaqə saxlanılıb. Lakin səfir çoxsaylı zənglərə cavab vermədən telefonu keçirib.

Əlavə edək ki, oktyabrın 10-da keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib. Hazırda YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi namizəddir. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun oktyabrın 13-də məlum olacağı ehtimal edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2216   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021