Təhsil Nazirliyi xaricdə təhsil alanların çoxunun diplomunu tanımayıb

Təhsil Nazirliyi xaricdə təhsil alanların çoxunun diplomunu tanımayıbXarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üçün diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlərin bəzilərinin ali təhsil haqqında sənədi nostrifikasiyadan keçməyib.

Bu barədə məlumatı həmin şəxslərin valideynləri verib. Adlarının çəkilməsini istəməyən valideynlər bildiriblər ki, övladları həqiqi hərbi xidmətdədir. Onların həqiqi hərbi xidməti keçmə müddəti ali təhsilli olduqları halda bir il olmalıdır. Bunun üçün isə xaricdə təhsil alıb vətənə dönənlərin diplomları mütləq nostrifikasiyadan keçməlidir. Amma həmin şəxslərin bəzilərinin sənədi Təhsil Nazirliyinin aidiyyatı sektoru tərəfindən tanınmayıb. Valideynlərin Movqe.az-a verdikləri xəbərə görə, səbəb həmin ali təhsil müəssisələrinin qeyri-qanuni olması və yaxud da, diplomların saxta olması deyil. Səbəb xaricdə, xüsusilə Ukraynanın ali təhsil müəssisələrində oxuyaraq diplom alanların öz ixtisasları ilə bağlı müsahibədən keçə bilməməsidir. Valideynlərin sözlərinə görə, xaricdə təhsillərini başa vurub diplomlarını Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna təqdim edənlər Nazirliyin Ekspert Qrupu tərəfindən imtahan edilir. İmtahan zamanı həmin şəxslərin dil bilikləri ilə yanaşı, ixtisas bilikləri də yoxlanılır. Xaricdə təhsil alanların mütləq əksəriyyəti dil biliklərinin sınağından üzüağ çıxsalar da, ixtisas bilikləri imtahana çəkilərkən aşağı nəticə göstərirlər: "Biz başa düşmürük ki, ixtisas biliyinin yoxlanılması nəyə lazımdır. Uşaq öz ixtisası üzrə xaricdə ali təhsil müəssisəsində oxuyub, imtahan verərək diplom alıb. İndi onu yenidən imtahan etmək hansı məntiqə sığır?".

Valideynləri daha bir narahat edən məqam isə, hazırda həqiqi hərbi xidmətdə olan övladlarının imtahan üçün geri çağırılmasıdır: "Biz diplomların tanınması üçün sənədi sentyabr ayından vermişik. Uşaq əsgər gedəndən sonra deyirlər gəlsin imtahan versin. Deyirik uşaq imtahandadır. Deyirlər ki, bir günlük gətirin. Bax beləcə problem qarşısında qalmışıq. Elə uşaqlar var ki, Naxçıvanda həqiqi hərbi xidmətdədir. Bizim onu gətirib-aparmağımız dünya aləm xərc tələb edir. Onların içində elə uşaqlar var ki, ixtisas sınağından Nazirliyin Ekspert Qrupu tərəfindən müsbət rəy almayıb. O uşağa valideyn desə ki, nazirlik sənin diplomunu tanımır, 5 il oxumağın hədər gedib, yəqin ki, əsgərlikdə intihar edəcək. İndi neyləyək, başımıza hansı çarəni qılaq bilmirik".

Movqe.az valideynlərin iddiasında nə dərəcədə haqlı olub-olmadıqlarını öyrənmək məqsədilə Təhsiı Nazirliyinin aidiyyatı sektoru ilə əlaqə saxlayıb. Nazirlikdən bildiriblər ki, tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları aparılır: "Bu isə Xaricdə təhsil sənədlərinin tanınması ilə bağlı Nazirlər Kabinetinin 64 saylı qərarına və Lissabon konvensiyasının 3-cü maddəsinə uyğundur".

Nazirlikdən aldığımız məlumatdan belə məlum oldu ki, xaricdə təhsil alıb diplomlarının tanınması üçün Təhsil Nazirliyinin Təhsil sənədlərinin tanınması işi üzrə sektoruna müraciət edənlərin Ekspert Qrupu tərəfindən imtahan edilərək dil biliyinin və ixtisas biliyinin yoxlanılması tam qayda-qanunlara uyğundur. O ki, qaldı əsgərlikdə olanların imtahan üçün çağrılmasına, onların həqiqi hərbi xidmətə getməmiş imtahan edilməməsinə, bunun səbəbinin həmin ölkənin ali təhsil müəssisələrinə nazirlik tərəfindən göndərilən sorğulara cavabın gec verilməsi ilə bağlı olduğunu söylədilər.

P.S:Mövzunu diqqətdə saxlayacağıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5196   Tarix: 06 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr