"NLT Telekom"-dan fırıldaq: Nağd alınan telefonun kredit borcu çıxdı - ŞİKAYƏT

"NLT Telekom"-dan fırıldaq: Nağd alınan telefonun kredit borcu çıxdı - ŞİKAYƏTVətəndaş "NLT Telekom"dan nağd telefon aldı, lakin telefonun kredit borcu olduğu üçün şəbəkəsi bağlandı.

Sonxeber.az bildirir ki, bu barədə BiG.AZ redaksiyasına şikayət ünvanlayan jurnalist Pərviz Musayev məsələnin araşdırılmasını və ictimailəşməsini xahiş edib. Sözügedən şikayəti oxucularımıza təqdim edirik: "Bu ilin yanvar ayında "NLT Telekom" dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadəm üçün 1299 AZN-ə 64 GB tutuma malik "iPhone 6S" smartfonu almışam. 2 gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində yaranmış problemlərlə əlaqədar Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar problemin sırf telefondan qaynaqlandığını bildirdilər. Belədə telefonu aldığım "NLT Telekom 2" dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: "Sizin telefon kredit borcuna görə bloklanıb".

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon "Azercell" şirkətinin "kampaniya" telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və "zəncirvari" proseslə bu telefon "NLT Telekom"a gəlib çıxıb və ordan da mənə satılıb. Öz növbəsində "Azercell" şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu "bloklayıb". Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə "blok"dan çıxarıla bilər".

Şikayətçi Pərviz Musayev həmçinin onu da qeyd edib ki, şirkətdən zəmanət kartı tələb etsə də ona heç bir zəmanət sənədi təqdim edilməyib: "Telefonu alab zaman nə qədər zəmanət kartı tələb etsəm də mənə zəmanət kartı təqdim edilmədi.

"NTL Telekom 2"nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in "kampaniya telefonu" olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı.

Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun "plata"sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz "NLT Telekom" məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyəti orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəf isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadığını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək".

Yaranmış problemlə bağlı "NLT Telekom" şirkəti ilə əlaqə saxlayıb mövqelərini öyrənməyə çalışsaq da zəngimizə kobud şəkildə cavab verilib və suallarımız cavablandırılmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1402   Tarix: 12 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi "Edumedia-Azərbaycan" MMC (VÖEN - 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 3 milyon 390 min manat olub. Elm və Təhsil Nazirliyi "Yeni dərslik və metodik vəsaitləri

2 may
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

1 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may
.

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO

Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. -in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub. Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb. Bunda

2 may
.

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrini

2 may
.

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb. Bildiyimi

2 may
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

2 may
.

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublik

2 may
.

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:. "Çünkü iclaslarımız həl

2 may