Şiddətli döyüşlərdə həlak olan şəhidlərimizə qarşı görünməmiş HÖRMƏTSİZLİK - FOTOLAR

Sumqayıtda Qarabağ şəhidləri ilə bağlı qalmaqal baş verib. Belə ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ döyüşlərində şəhid olmuş 5 hərbçinin plakatı hazırlanıb və vaxtilə yaşadıqları küçələrə vurulub. Amma bir neçə gün sonra kimlərsə şəhidlərin plakatlarını söküblər.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırıb. Sosial şəbəkələrdə bu hadisəyə münasibət bildirənlər hiddətlərini gizlətmir, plakatların sökülməsini şəhidlərə hörmətsizlik hesab edirlər..
Maraqlıdır, qanun şəhid plakatlarının onların yaşadığı əraziyə vurulmasına icazə verirmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat hər kəsi şəhidlərlmizlə bağlı məsələlərə həsaslıqla yanaşmağa çağırıb.

"Mənim bacım oğlu da şəhid olub. Şamaxı rayonunun Nərimanov küçəsində onun yaşadığı evin divarına mərmər daş üzərində şəkli vurulmuşdu. Həmin şəkili oradan çıxarmaq istəyirdilər. Bununla bağlı böyük narazılıq da olmuşdu. Amma daha sonra divardan çıxıntı olmadığına, gəlib-gedənə mane törətmədiyinə görə əl dəymədilər. Hesab edirəm ki, şəhid plakatlarının bu qaydada vurulmasına mane olmaq lazım deyil".

T.Kərimli İranda dövlət tərəfindən şəhidlərin plakatlarının küçələrə vurulduğunu deyib.

"Bizdə də bu cür hallar qanunla tənzimlənir. Sumqayıtda şəhidlərimizin plakatlarını qoyanlar bunu yerli icra orqanı ilə razılaşdırmalı idilər. Amma o plakatlar gediş-gəlişə mane olmursa, özündə hansısa mənfi yük daşımırsa, kiməsə maneçilik törətmirsə, buna həsasslıqla yanaşmaq olardı. Həmin plakatları ora vuranlara demək olardı ki, yerini dəyişdirsinlər. Çox təəssüflər olsun ki, bəzən məmurlar bu işlərə səhlənkar yanaşırlar. Hətta bəzi məmurlar şəhid analarına deyir ki, "oğlun gedib şəhid olmayaydı". Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq. Amma şəhidə qarşı belə hal olanda dərhal reaksiya veririk ki, guya, qanunu müdafiə edirik. Düşünürəm ki, hakimiyyət nümayəndələri belə hallara qarşı təmkinli davranmalı, səhlənkarlıq etməməlidir".

Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
"Şəhid adlarının əbədiləşdirilməsi müxtəlif formalarda ola bilər. Bu da qanunla tənzimlənir. Sözügedən plakatların yerləşdirilməsindən və sökülməsindən İcra Hakimiyyətinin xəbəri yoxdur".
Şiddətli döyüşlərdə həlak olan şəhidlərimizə qarşı görünməmiş HÖRMƏTSİZLİK - FOTOLARŞiddətli döyüşlərdə həlak olan şəhidlərimizə qarşı görünməmiş HÖRMƏTSİZLİK - FOTOLARŞiddətli döyüşlərdə həlak olan şəhidlərimizə qarşı görünməmiş HÖRMƏTSİZLİK - FOTOLARŞiddətli döyüşlərdə həlak olan şəhidlərimizə qarşı görünməmiş HÖRMƏTSİZLİK - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2345   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021