Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTO

Ermənistanın növbəti təxribatının qarşısı alınıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Məlumatda qeyd olunur ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq Azərbaycana qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma "DQR" adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.

Sərginin açılış günündə həmçinin, bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.

Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Nizami irsinin tədqiqatçısı, uzun illərdən bəri Almaniyada yaşayan soydaşımız Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda məruzə ilə çıxış edib. S.Fuks on beş il ərzində apardığı tədqiqatlara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük marağın olduğunu və "Xəmsə"nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə olunduğunu vurğulayıb. Növbəti çıxışçı - Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuperin böyük şair-mütəfəkkirin "Yeddi gözəl" poemasından tərcümə etdiyi "Fitnə" hekayəsini alman dilində iştirakçılar üçün oxuması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında qorunan "Kitabi-Dədə Qorqud" dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin kolleksiyasında qorunan qədimi əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzusunda məruzəsi dinlənilib. Həmçinin qeyd olunan qədim əlyazmalarda yer alan miniatür sənət nümunələrinin fotoları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.

Tədbirdə "Mayns-Azərbaycan" Cəmiyyətinin sədri Başar Kömür, "Avropa Əməkdaşlıq Forumu"nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.
Ermənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTOErmənistanın növbəti təxribatının qarşısı alındı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 991   Tarix: 13 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

"Reges Alçı-Zavod" MMC (VÖEN - 0201402321) ləğv olunaraq "Reges Sement" MMC-yə (VÖEN – 0900110221) qoşulduğunu elan edib. xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Böyük Düz kəndində yerləşir. Ləğv olunan "Reges Alçı-Zavod"

2 may
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

2 may
.

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:. "Çünkü iclaslarımız həl

2 may
.

"Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm" - Seymur Orucovun qohumu həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev sözügedə

2 may
.

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib. xəbər verir ki, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. "Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb. Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qar

2 may
.

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağı

2 may
.

Magistr imtahanında ən yüksək balı o topladı

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib. Qəhrəma

2 may
.

"Qaçqınkom"da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib. Bunu -ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentini

2 may
.

Ər-arvad arasında bölünməyən əşyalar hansılardır?

Nikah pozularkən ər-arvadın hər birinin ayrıca əmlakı sayılan, əvəzsiz əqdlər əsasında əldə olunmuş və yaxud da şəxsi vəsait hesabına alınmış əşyalar bölünə bilməz. Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Zaur Əliyev bildirib. Hakim qeyd edi

2 may