Metro istifadəçiləriin diqqətinə: Bu gündən...
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bakı metrosunda axşam pik saatlarında qatarların niyə depoya getməsi məsələsinə aydınlıq gətirib.
Onun sözlərinə görə, axşam və ya qeyri vaxtlarda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var: "Birincisi, depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir. İkincisi, texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir.
Nəhayət, üçüncüsü, pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni, pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir.
Bu 3 səbəb birləşdirilərək gün ərzində depo istiqamətinə 63 qatar gedir. Bunun üçün saytımızda aidiyyəti bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir".
Şöbə rəisi qeyd edib ki, bu, qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi halları da mövcuddur.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Övladı ilə danışığı qınandı - VİDEO
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Verilişi bağlanan Zaurun Günayla dialoqu DİQQƏT ÇƏKDİ - VİDEO
Canan Karatay ən faydalı türk yeməyini açıqladı - FOTO
Xalq artistinə ağır İTKİ: Səhhəti pisləşdi