Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLAR

Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARSabiq model, 54 yaşlı Kristina Estrada sabiq ərindən, Səudiyyə Ərəbistanından olan 61 yaşlı milyarder şeyx Valid Cuffalidən boşanandan sonra mənəvi təzminat qismində 196 milyon funt-sterlinq almaq niyyətində idi. Lakin Londonun Ali Məhkəməsi bu məbləği çox sayıb.
Kristina Estrada isə narazıdır və deyir ki, məhkəmənin müəyyənləşdirdiyi təzminatın məbləği ona azlıq edir.

Milyarder şeyx Valid 12 illik nikahdan sonra Kristina Estradanı boşamış, 25 yaşlı livanlı model Luyan Adada ilə evlənmişdi. Valid Cuffalinin yeni nikahından artıq 2 qızı var.

Kristina da özünü təhqir olunmuş sayaraq mənəvi təzminat qismində 196 milyon funt-sterlinq istəyirdi. Onun dediyinə görə, "adət etdiyi, alışdığı həyat tərzini davam etdirmək üçün" məhz bu qədər pula ehtiyacı var.

Sabiq əri Kristina Estradaya 2 dəbdəbəli malikanə, 5 super avtomobil, brilyant bəzəklər kolleksiyası və nəhəng qarderob bağışlayıb.

Kristina Estrada isə bədxərcdir. O, ildə alış-verişə milyonlarla funt-sterlinq xərcləyir.
Şeyx Valid sabiq arvadına mənəvi təzminat qismində 38 milyon funt-sterlinq təklif edirdi.

"Bu pul çox azdır. Onun təklif etdiyi pulla yaşaya bilmərəm. Baxın, hesabları və çekləri təqdim edirəm. İldə yalnız paltarlara 1,3 milyon funt-sterlinq, ayaqqabılara 27 min funt, xəz kürklərə - 52 min funt, donlara 140 min funt xərcləyirəm. Bahalı, dəbdəbəli həyata alışmışam. Başqa cür yaşamaq mənə çox çətindir", - Kristina Estrada məhkəmədə etiraz etmişdi.

Məhkəmə qadının şikayətlərini nəzərə alaraq mənəvi təzminatın məbləğini 75 milyon funt-sterlinq qismində müəyyənləşdirib.

"Yeni məbləğin də mənə bəs edəcəyini düşünmürəm. İki qızım var və onlar da cah-cəlal içində yaşamağa alışıblar", - Kristina Estrada şikayətlənir./milli.az/

Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLARƏrəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az" - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1875   Tarix: 15 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021