Onlar səfirin maaşının 90 faizi həcmində maaş alacaqlar

Onlar səfirin maaşının 90 faizi həcmində maaş alacaqlarAzərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin əməkhaqqı onların təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən ediləcək.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi Qaydası"nda əksini tapıb.

Ticarət nümayəndəsinə və onun aparatının işçilərinə əməkhaqqı onların təyin olunduqları diplomatik nümayəndəliyə getmək üçün Azərbaycanın dövlət sərhədini keçdiyi gündən həmin vəzifə üçün nəzərdə tutulan məbləğdə xarici valyutada ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə vəzifəyə təyin olunduqları diplomatik nümayəndəliklərdə alacaqları aylıq əməkhaqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödəniləcək. Ticarət nümayəndəsi və onun aparatının işçilərinə birdəfəlik müavinət, yol xərci və yüklərin daşınması ilə bağlı xərclər ticarət nümayəndəsinin aparatının xərclər smetası hesabına İqtisadiyyat Nazirliyində ödəniləcək. Təyin olunduqları diplomatik nümayəndəliklərdə işlədikləri dövrdə ticarət nümayəndələri, onların aparatlarının işçiləri və onlarla birlikdə yaşayan ailə üzvləri müvafiq tibbi xidmətlə (tibbi sığorta ilə) təmin olunacaq. Diplomatik nümayəndəliklərə təyin olunan və orada fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin nəqliyyat və yükün daşınması xərcləri (onların xarici dövlətlərdə yaşadıqları ünvandan limana (vağzala) kimi olan nəqliyyat xərcləri də daxil olmaqla) ticarət nümayəndəsinin aparatının xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər hesabına müvafiq təsdiqedici sənədlər əsasında ödəniləcək. Ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin təyin olunduqları diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrdə yaşayış sahəsi ilə təmin olunması üçün ticarət nümayəndəsinin aparatının xərclər smetasında müvafiq vəsaitlər nəzərdə tutulacaq.

Ticarət nümayəndəsi və onun aparatının işçiləri ilə birlikdə yaşayan məktəbyaşlı ailə üzvlərinin təhsil haqqının ödənilməsi üçün tələb olunan vəsaitlər ticarət nümayəndəsi aparatının xərclər smetasında nəzərdə tutulacaq. Məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı hər bir məktəbyaşlı ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğdə, lakin ayda 700 ABŞ dollarından çox olmamaq şərtilə ödəniləcək. Təhsil haqqı nəzərdə tutulmuş normadan yuxarı olduğu təqdirdə, həmin fərq ticarət nümayəndəsinin və onun aparatının işçisinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 26 yanvar 2017-ci ildə "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən iqtisadiyyat nazirinə Azərbaycan prezidenti ilə razılaşdırmaqla, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin etmək səlahiyyəti verilib. Ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirməlidir. Fərmana əsasən ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycanın həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.

Dövlət başçısının "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında" 5 sentyabr 2017-ci il tarixli fərmanında qeyd edilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə onların aparatları təsis edilsin. Ticarət nümayəndələri və onların aparatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxildir, ticarət nümayəndələrinin aparatlarının işçilərinin sayını və ştat cədvəllərini ticarət nümayəndələrinin təyin olunduğu səfirlik və ya konsulluqlar üzrə İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. Fərmanda bildirilir ki, ticarət nümayəndələrinin aparatlarının işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat naziri tərəfindən həyata keçirilir. Ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını da İqtisadiyyat Nazirliyi həyata keçirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1332   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28 aprel
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28 aprel
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024"ün qalibləri müəyyənləşib - YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib. xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci

5 may
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

5 may
.

İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı

Köpək sahibləri hələ də ev heyvanları üçün ən yaxşı qidanın çiy ət olduğunu düşünürlər. Ancaq hamı bununla razılaşmır və mütəxəssislər itləri belə qidalandırmağın doğru olmadığını bildirirlər. xəbər verir ki, çiy ət və ya balıq it üçün zərərlidir. Bu mövzuda araşdırma Bristol Universitetinin nümayəndələr

4 may
.

Tezbazar.Az - Elanlar, alqı-satqı saytı

Pulsuz elanlar saytında alqı-satqı əməliyyatları sizin üçün daha sərfəli qiymətə baş tutacaq. Biz həm alıcılar, həm də satıcılar üçün münasib qiymətlər təklif edirik!. Elanlar saytının üstünlükləri bunlardır:. 1. Daha az vaxt sərf edirsiniz; . 2. Daha çox elanla tanış olmaq imkanı əldə edirsiniz; . 3

5 may
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

5 may
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

5 may
.

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi. xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"d

5 may