İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirildi - FOTO

Prezident lham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti ölkəmizin uğurlu və hərtərəfli inkişafını qeyd edib. 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artıb, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olub. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil edib.

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun sürətli inkişafının davam etdirilməsi, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin icrasının, o cümlədən meliorativ tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmənin tam həcmdə təmin edilməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və digər sahələrin inkişaf etdirilməsi, böyük ixraca hesablanmış logistik mərkəzlərin, aqroparkların və sənaye zonalarının yaradılmasınən davam etdirilməsi, yeni xalçaçılıq müəssisələrinin və yün tədürükü məntəqələrinin açılması, yeni otellərin tikintisi, "ASAN xidmət" mərkəzlərinin tikintisinin davam etdirilməsi, işsizliyin aşağı səviyyədə saxlanması, yeni iş yerlərinin yaradılması və s. tapşırıqlar verib.

Kollegiya iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret göstərişlər verilib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Ş.Mustafayev Kollegiya iclasında qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulanıb.

Bununla əlaqədar olaraq, Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində həmicraçı olduğu 364 tədbir, o cümlədən əsas icraçı olduğu 135 tədbir üzrə görülmüş işlər barədə Nazirliyin aidiyyəti üzrə əlaqələndirici məsul əməkdaşlarının hesabat məruzələri dinlənilib, digər icraçı qurumların nümayəndələrinin də iştirakı ilə 64 işçi qrupun yaradıldığı vurğulanıb, bu işçi qrupların, habelə Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icra intizamına onlayn nəzarət edilməsi və hesabatlılığın təmin olunması məqsədilə yaradılmış "Elektron portal"ın fəaliyyəti barədə məlumat verilib.

İclasda Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin tam, vaxtında və keyfiyyətlə icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmənin yaradılması, İqtisadiyyat Nazirliyi üçün müəyyən olunmuş vəzifələrin icrası barədə məlumatlandırılmanın təkmilləşdirilməsi və əhatəliliyinin artırılması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə mütəmadi görüşlərin keçirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirildi - FOTOİqtisadiyyat Nazirliyində kollegiya iclası keçirildi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 851   Tarix: 17 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

28 aprel
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun aktivləri 48 milyard 909,9 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,5% və 241,3 milyon manat azdır. Bu ilin əvvəlində yerli bankların cəmi aktivləri 49 milyard 151,2 milyon manata bərabər olub. Bu dövrd

20 aprel