Bakıda xüsusi təyinatlı vaqondan qaçan "Qoca" ləqəbli avtoritet kimdir? - DOSYE

Bakıda xüsusi təyinatlı vaqondan qaçan "Qoca" ləqəbli avtoritet kimdir? - DOSYEBu gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir.

Etibar Məmmədov kriminal aləmdə "Qoca", "Etibar Hacıqabullu", "Brodyaqa Etibar" ayamaları ilə məşhurlaşıb.

O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsdə düşüb. Onu Bakıda olan "maloletka"ya (yetkinlik yaşına çatmayanlar islah müəssisəsinə) göndəriblər.

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov kriminal dildə desək "opşak" yaradıb. Elə məhz "maloletka"da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğunu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan Cinayət Məcəlləsinə əsasən 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.

"Qoca"nın həbsxanada "nadzor"u qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən Etibar Məmmədovun avtoriteti qəbul edilib.

Etibar Məmmədov 18 yaşına çatandan sonra onu Azərbaycanda olan həbsxanalara etap ediblər. Harada cəza çəkməsindən asılı olmayaraq "Qoca Hacıqabullu" içəridə "vəziyyət" yaradıb.

Belə ki, o, "oğru qanunlarını" həbsxanada icra etdirib. Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada "bunt" qaldırdığı bildirilir. Dustaqlar onun sözüylə "bunt"a qoşulub. Çətinliklə də olsa, hüquq-mühafizə orqanları vəziyyətə nəzarətə götürə bilib.

Bir müddət sonra isə "Xələc türməsi"nin rəisi olan Abbasqulu Qarayev vəzifəsindən azad edilib.

"Etibar Hacıqabullu" azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar"a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca" Azərbaycanda həbsdə olan "Lotu Quli" ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir.

Digər "qanuni oğrular"la yaxın münasibətdə olan Etibarın azadlıqda olan zaman "Lotu Yunus Yasamalinski" kimi tanına Yunus Nəzərovla da şəkilləri var.

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka" zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb.

Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Bu gün E.Məmmədovla birgə qaçan Əli Ağami də kriminal aləm üzvlərində olub. Məhz "Qoca" ilə birlikdə həbs edilib. Ona da prokuror 19 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Hər iki şəxs Biləcəri stansiyasında qaçsalar da, onların bu əməli qatar 28 May metrosunun yaxınlığında - Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı məlum olub.

Qeyd edək ki, "Qoca" bu gün Lənkərandan Bakıya gətirilən zaman qatardan qaçmağa nail olub. Bununla bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Hazırda hər iki kriminal aləm üzvü hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Onların necə qaçdığı və ya kimlər tərəfindən qaçırıldığı araşdırılır.

Mənbə:Lent.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7183   Tarix: 23 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Goranboyda 13 yaşlı qız faciəli şəkildə ölüb

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib. Kənd sakini - 2012-ci il təvəllüdlü Nərmin Cəfərova yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar

20 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO

Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi

19 dekabr
.

TRT-nin canlı yayımında qadın "Bəsdir!" deyə qışqıraraq pencəyini cırdı - VİDEO

TRT Haber kanalında studiyadan kanal mərkəzinə qurulan canlı bağlantı zamanı arxa planda olan bir qadının yaşadığı əsəb gərginliyi efirdə də əks olunub. İdarə mərkəzi hadisənin fərqinə vardıqdan sonra görüntünü dərhal yayından çıxarıb. türk mediasına istinadən xəbər verir ki, canlı bağlantı zamanı qadını

19 dekabr
.

Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb

17 dekabr
.

Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörə

20 dekabr
.

Həmin balıqçı bir ay əvvəl evlənibmiş - VİDEO

Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balıq tutmağa gedən iki nəfərin meyiti tapılıb. xəbər verir ki, onlardan biri 199-cu il təvəllüdlü Ağadədə Həsənov, digəri isə 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğludur. Turanın bir ay əvvəl evləndiyi bildirilir və sosial şəbəkələrd

20 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükəni sonra başa düşdü - VİDEO

Filippində tətil edən britaniyalı turist dayaz sularda qarşılaşdığı və zərərsiz sandığı bir dəniz canlısına toxunaraq böyük təhlükə ilə üzləşib. Mütəxəssislər bildirirlər ki, sözügedən canlı - mavi halqalılı ahtapot - siyanürdən təxminən 1 00 dəfə daha güclü zəhərə malikdir. türk mediasına istinadə

18 dekabr