Bakı məktəbində döyülən 4-cü sinif şagirdi bağlı direktordan SENSASİON AÇIQLAMA

Bakı məktəbində döyülən 4-cü sinif şagirdi bağlı direktordan SENSASİON AÇIQLAMA"O uşağın atası rəhmətə gedib, anası da axşam saatları evi dolandırmaq üçün... " - məktəb direktorundan qalmaqallı açıqlama

Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovu döyməsi ilə bağlı yayılan məlumatlara məktəbin direktoru münasibət bildirib.
Adı çəkilən məktəbin direktoru İlqar Talıbov Sonxeber.az-a açıqlamasında bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə əlaqədar araşdırma aparılır:

"Müəllimin izahatı alınıb, psixoloq, valideynlər şurasının üzvləri dinlənilib lazımi addımlar atılıb. Yanlışlıq valideyn tərəfindən atılıb. Şagirdin döyülməsinə dair görüntülər yayılsa da hadisənin harada olduğu bəlli deyil, şəkili istənilən yerdə çəkmək olar. Müəllimə dinlənilib və təkidlə birdirir ki belə hal baş verməyib".

İ.Talıbov Kamran Soltanovun bir şagird olaraq məktəbin nizam-intizam qaydalarınahəmçinin dərslərdə fəaliyyəti ilə bağlı bu sözləri deyib:

"O, bir şagird olaraq zəif, psixoloji cəhətdən özünə qapalı, dərslərindən geri qalan şagirdlərimizdəndir. Yetərincə dəcəldi. Amma nə olur olsun biz şagirdə şəxsiyyət kimi yanaşırıq və onun təlim - tərbiyəsini lazımi səviyyədə qorumağa çalışırq. Valideyn həmin fikirləri hansı məqsədlə səsləndiribsə yəqin ki, bu barədə hüquq- mühafizə orqanlarına izahat verəcək".

İ.Talıbovun sözlərinə görə, hadisə ilə bağlı dünən Bakı Şəhər Təhsil İdarəsi ilə ələqə saxlanılıb, İdarənin Daxili Nəzarət Xidməti dünən məktəbdə araşdırma aparıb:

"Mən Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamışam onlara rəsmi məlumat vermişəm. Valideyn bura gətirdiyi şəxsin günahlarını ört-basdır etmək üçün məktəbimizin adını yanlış hadisədə hallandırır. Çünki məsələyə aidiyyatı olmayan, o uşağın valideyni olmayan birisi müəllimin üzərinə hücum çəkib, onu şagirdlərin gözü önündə təhqir edib. Biz adekvat tədbir görüncə isə valideyn bu seçimi edib. Hesab edirəm ki, bu doğru addım deyil".

İlqar Talıbovun sözlərinə görə, iki il öncə uşağın atası rəhmətə gedib. Yanında gələn şəxsi bizə uşağın dayısı kimi təqdim edib. Amma həmin şəxsin uşağa heç bir aidiyyatı yoxdur. Onun qohumu deyil. Həmin şəxslə biz danışdıq o günahını etiraf etdi. Üzr istəməyə gələcəyini söylədiyi halda bu uydurma hadisəni həyata keçiriblər. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hər şeyi araşdırıb yoluna qoyacaq. Mən sizi əmin edirəm ki müəllimə o uşağa əlini vurmayıb.

Direktor əlavə edib ki, Kamran Soltanov ailədə tək nəzarət olunmayan, dəstək verilməyən uşaqdır. Ona valideyn tərəfindən nəzarət edilmir. Uşaq evdə saatlarla tək qalır, axşamlar da evdə tək qalır. Ana iş dalınca gedincə uşağa nəzarət edən olmur. Çünki ailəni dolandırmaq üçün harasa gedir. Dediyim kimi uşaq evdə tək qalır.

"Onlar məktəbə yaxın ərazidə birotaqlı evlərdə yaşayırlar. Atası vəfat etməzdən öncə də anası onunla yaşamırdı. İki il əvvəl atası da rəhmətə gedib. Onlar əvvəl də atasından ayrı yaşayırdı".

Qeyd edək ki, Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tükürpədici hadisə yaşanıb. Məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovun qulağına ağır xəsarət yetirdiyi bildirilir. Nəticədə uşağın qulaq divarı zədələnib.

Kamranın anası Vəfa Soltanova iddia edib ki, artıq 4 ildir övladı həmin məktəbdə işgəncələrə məruz qalır. Amma bu illər ərzində məktəbin adı çıxmasın deyə şikayətçi olmayıblar.

Aysel Kərimova
Bakı məktəbində döyülən 4-cü sinif şagirdi bağlı direktordan SENSASİON AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5667   Tarix: 24 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) II və II ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. DİM-dən -a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirm

17 iyun
.

Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)

Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur. Bu şikayətlə Aşıq Molla Cümə küçəsi giriş 3, M12, M2 ünvanında yerləşən "Monolit MTK"ya məxsus yaşayış binasının sakinlərindən biri "Xəzər Xəbər"ə müraciət edib

17 iyun
.

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyini

17 iyun
.

AZAL iyunun I yarısında Bakı-Naxçıvan-Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb

Bu il iyunun 1-16-da "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, bu dövrdə sözügedən marşrut üzrə gündəlik reysləri

17 iyun
.

Qadından pul aldı, əl-qolunu bağlayaraq "Prius"un baqajında Bakıya gətirdilər

Adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesin sonunda elan edilən hökmlə paytaxt sakini - 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, onun qardaşı - 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay müddətin

17 iyun
.

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

Bakıda küçədə əlbəyaxa dava edən qadın və kişinin kimliyi müəyyənləşib. -ın məlumatına görə, paytaxtın Nərimanov rayonu, Atatürk prospekti ərazisində baş verən insidentdə iştirak edən 38 yaşlı qadın və həmyaşıdı R.Zeynalov polis əməkdaşları tərəfindən müəyyən edilərək ərazi üzrə müvafiq polis şöbəsin

17 iyun
.

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu mükafata Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görülüb. Qeyd edək ki, Məhəmmə

17 iyun
.

Azərbaycanda yeni MALİYYƏLƏŞMƏ MEXANİZMİ yaradılır

Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır. -ın məlumatına görə, bununla bağlı "Kraudfandinq haqqında" yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Konstitusiyasının 94-c

17 iyun
.

İlham Əliyev bir qrup səhiyyə işçisini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər:. 3-cü dərəcəli "Əmək"

17 iyun