Pensiya yaşı yenidən artırıla bilər? - Açıqlama
"Yaxın illərdə pensiya yaşının 65-dən yuxarı qaldırılması ehtimalı yüksək görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli gələn aydan etibarən qadınların pensiya yaşının 65-ə çatdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İqtisadçı qeyd edib ki, bu, yeni qərar deyil, 2017-ci ildə başlanmış keçid dövrünün son mərhələsidir:
"Qadınların pensiya yaşının 65-ə çatdırılması yeni qərar deyil. Bu, 2017-ci il iyulun 1-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı hər il 6 ay artırılıb. Bu proses kişilər üçün 2021-ci ildə, qadınlar üçün isə 2027-ci ildə 65 yaş həddinə çatmaqla yekunlaşır".
Akif Nəsirli xatırladıb ki, hazırda qadınlar üçün pensiya yaşı 64 il 6 aydır:
"2027-ci il iyulun 1-dən etibarən bu göstərici 65 yaş olacaq. Artım əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçirilir və hazırda qüvvədə olan qanunvericilikdə 65 yaşdan yuxarı yeni yaş həddi nəzərdə tutulmur".
Ekspert vurğulayıb ki, pensiya yaşının gələcəkdə yenidən artırılması ilə bağlı rəsmi qanun layihəsi və ya hökumət qərarı mövcud deyil:
"Bununla belə, bəzi ekspertlər dünyada orta ömür uzunluğunun artması, əhalinin qocalması və pensiya sisteminin maliyyə yükünün ağırlaşması kimi amilləri əsas gətirərək gələcəkdə bu mövzunun yenidən gündəmə gələ biləcəyini istisna etmirlər. Digər tərəfdən, Azərbaycanda əmək bazarının vəziyyəti, işsizlik səviyyəsi, insanların sağlamlıq göstəriciləri və sosial narazılıq ehtimalı belə bir addımın atılmasını çətinləşdirən amillərdir".
Akif Nəsirlinin fikrincə, 2027-ci ildə keçid prosesi başa çatdıqdan sonra dövlət ilk növbədə həyata keçirilən islahatın nəticələrini qiymətləndirəcək:
"Yalnız uzunmüddətli perspektivdə demoqrafik və maliyyə səbəbləri yaranarsa, pensiya yaşının yenidən artırılması məsələsi müzakirə oluna bilər".
Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda qadınlar üçün pensiya yaşı 65-ə çatdırılacaq. Kişilər üçün isə pensiya yaşı dəyişməyərək 65 yaş səviyyəsində qalacaq. Bu artım "Əmək pensiyaları haqqında" Qanuna 2017-ci ildə edilmiş dəyişikliklərə uyğun olaraq həyata keçirilir. Həmin dəyişikliklərə əsasən, qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılıb və proses 2027-ci il iyulun 1-də 65 yaş həddinə çatmaqla yekunlaşacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1952 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrUNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabr