AZƏRTAC-ın adı dəyişdirildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.az-ın məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarını "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1073 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və ikinci abzasında "Teleqraf" sözü "İnformasiya" sözü ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) haqqında Əsasnamə"nin adında, 1-ci və 14-cü bəndlərində "Teleqraf" sözü "İnformasiya" sözü ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1567) 1-ci hissəsindəki cədvəlin 1.7.2.1-ci yarımbəndində "Xərclərin istiqaməti" sütununda "Teleqraf" sözü "İnformasiya" sözü ilə əvəz edilsin.
3. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627) "Komissiyanın üzvləri" bölməsində "Teleqraf" sözü "İnformasiya" sözü ilə əvəz edilsin.
4. "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 avqust tarixli 3077 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 957) 1.4-cü bəndində "Teleqraf" sözü "İnformasiya" sözü ilə əvəz edilsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3190 Tarix: 11 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrMeyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabrSabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə
21 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr