Böyrək xəstəliklərinin əlamətləri
Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur və yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisin müayinəsinə düşür.
Beləliklə, hansı simptomlar böyrək xəstəliklərinə işarə edə bilər:
- Ödemlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fəqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödemlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Ürək xəstəlikləri ilə bağlı olan ödemlər ayaqlarda əmələ gəlir.
Digər fərq - böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə bağlı ödemlər axşam əmələ gəlir.
- Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər.
- Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir.
Xəstə həm də bu kimi simptoma fikir verməlidir: böyrək patologiyaları zamanı "aşağı" təzyiq essensial hipertoniya (ilkin hipertoniya) ilə müqayisədə daha yüksək rəqəmlərə artır (100 mm c.st artıq).
Hər iki simptomun (hipertoniyanın uğursuz müalicəsi və "aşağı" təzyiqin 100 mm c.st-dan yuxarı olması) olması insanda böyrək patologiyalarına işarə edir.
- Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları (tezləşmiş, az, həddən artıq çox sidik ifrazı, sidikdə selik və qan və s.) böyrək xəstəliklərinə işarə edə bilər.
- Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər.
Beləliklə, özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etdikdə, mütləq nefroloqun (böyrək xəstəliklərinin müalicəsində ixtisaslaşdırılmış mütəxəssis) müayinəsindən keçin.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 5042 Tarix: 12 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi ö
8 dekabrHəkimlər həyəcan təbili çalır: Malyariyaya qarşı mübarizə dalana dirənib
Uzun illərin nailiyyətlərini məhv edə və səhiyyə sistemlərini həddindən artıq yükləyə biləcək genişmiqyaslı epidemiya təhlükəsi realdır. Qaynarinfo-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, malyariyaya qarşı qlobal mübarizə iqlim dəyişikliyi, parazitlərin dərmanlar
5 dekabrHəkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?
Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri
14 dekabrÇox öskürmək ziyandır
Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub. Axşam.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır. E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif
3 dekabrKişilərin beyni qadınlarınkından daha tez kiçilirmiş...
Alimlər yaş artdıqca insan beyninin necə dəyişdiyini araşdırıb. Məlum olub ki, kişilərin beyni yaşlandıqca qadınların beyninə nisbətən daha sürətlə kiçilir. Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanı Norveçin Oslo Universitetinin tədqiqatçıları aparır. Maraqlıdır ki, buna baxmayaraq Altsheyme
18 dekabrMiqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri
7 dekabrSinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq
Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır
7 dekabr