Silahlı Qüvvələrin müharibə dövrü üçün əsas vəzifələri

Silahlı Qüvvələrin müharibə dövrü üçün əsas vəzifələriAzərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib.
Bu barədə "Silahlı Qüvvələr haqqında" yeni qanunun 4-cü maddəsində (Silahlı qüvvələrin əsas vəzifələri) qeyd edilib.

4.1. Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.1.1. Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısnı almağa və onu dəf etməyə hazır olmaq;
4.1.2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;
4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların ( qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;
4.1.4. daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;
4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;
4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;
4.1.8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət öbyektlərini mühafizə etmək;
4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin pentensiar müəssisələin mühafizəsini həyata keçirmək;
4.1.10. öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək;
4.1.11. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;
4.1.12. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;
4.1.13. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlkər kompleksini təkmilləşdirmək;
4.1.14. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq;
4.1.15. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;
4.1.16. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;
4.1.17. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi ( bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;
4.1.18. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək;

4.2. Dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.2.1 döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək;
4.2.2 fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetiriləmsində iştitrak etmək;

4.3. Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.3.1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək;
4.3.2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;
4.3.3. Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa ) məcbur etmək.

Mənbə: modern.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1015   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

14 dekabr
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14 dekabr
.

Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonr

13 dekabr
.

Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək

13 dekabr
.

Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)

Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçılar

12 dekabr
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

14 dekabr
.

Təmir etdiyi maşının altında qalaraq öldü

Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, Həbib Hüseynov təmir işi görərkən qaldırıcı qəfil qırılıb. Maşının altında qalan H.Hüseynov hadisə yerində ölüb

13 dekabr
.

Bakıya gələrkən ayaqqablarından da, telefonundan da qızıl çıxdı - Fotolar

Qızıl külçələrin, mobil telefon, fotoaparat və digər malların qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Belə ki, Şarja-Bakı aviareyisi ilə gələn Azərbaycan vətəndaşının çantalarına gömrük baxışı həyata keçirili

13 dekabr
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13 dekabr