Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)

Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə Sonxeber.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirin əvvəlində Hərbi Prokurorluğun rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycanın Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək dövlət müstəqilliyimizin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün sahələrinin intibah dövrünü yaşamasından danışıb.

Dahi Liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə atması xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq tərəfindən Ulu Öndər Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması, ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin ləğv olunmasını təmin etməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi, güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi, iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ulu Öndərin 1971-ci ildə sovet totalitarizminin çətinliklərinə baxmayaraq, Azərbaycan tarixində ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması, bununla da Azərbaycanın hərbi gələcəyinin əsasını qoyması, bu məktəbin məzunları və onların davamçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsi ayrıca vurğulanıb.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında Ulu Öndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməlini qoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın iqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xarici siyasət kursu barədə geniş məlumat verilib, ordu quruculuğu sahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrların yetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib.

O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi ölkəmizin regional və qlobal mövqeyini daha da möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün azad olunmuş torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparan dövlətimiz dünyaya sülh mesajı verir, mütərrəqqi dəyərləri təbliğ edir, regional və qlobal təşəbbüsləri dəstəkləyir və həyata keçirir.

Kursantları öz çıxışlarında Ulu Öndərin əsasını qoyduğu təhsil müəssisələrində təhsil almaqdan qürur hissi keçirdiklərini bildirib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Tədbirin sonunda "Əsrin adamı" sənədli filmi nümayiş etdirilib.

Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)Hərbi Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirildi (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 630   Tarix: 12 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr