Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı, başqa kişi ilə...

Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı, başqa kişi ilə...Sumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, "Tunar dizayn" şirkətində mebel ustası vəzifəsində işləyən Xəqani Hüseynov 2012-ci ildən Ramilə Əsgərova ilə faktiki ər-arvad münasibətlərində olub, 2014-cü ildə rəsmi nikaha girib. Onlar 24 sentyabr 2015-ci il tarixədək birlikdə yaşayıblar.
Qısqanclıq
Xəqani Hüseynov arvadı Ramilə Əsgərovanın başqa kişilərlə yaxın münasibətinin olmasından şübhələnib və bunun üçün onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.
O, noyabrın 5-də, saat 21 radələrində Ramilə Əsgərova ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Ruzi" marketdən görüşüb. Onlar 5-ci mikrorayon, ev 27, mənzil 40-da əvvəllər birlikdə kirayə yaşadıqları evdən sənədləri götürmək üçün gəliblər.
Boşanma davası
Xəqani Hüseynov bir müddət söhbət etdikdən sonra gecə yarısı arvadına başqa kişilərlə mobil telefonla danışması barədə irad bildirib. Ramilə Əsgərova isə ərinə kobud cavab verib, sonra aralarında yaranmış mübahisə zamanı Ramiləni qəsdən öldürmək niyyətini qətiləşdirib.
16 bıçaq zərbəsi
Bu zaman Xəqani Hüseynov təxminən 1 ay əvvəl Sumqayıt şəhərində yerləşən "Şərq bazarı" ticarət mərkəzindən aldığı bıçaqla Ramilə Əsgərovaya çoxsaylı zərbələr vurub. Ramilə Əsgərovaya 16 ədəd bıçaq xəsarəti yetirən Xəqani Hüseynov onun öldüyünü güman edib və evin giriş qapısını bağlayaraq oradan gedib.
Ramilə Əsgərova sürünərək dəhlizə çıxıb və ucadan kömək istəyib. Bu zaman qonşuluqda yaşayan Rasim Həşimov ora gəlib və Ramilə Əsgərovanı qan içində görüb. O, hadisə ilə bağlı qadının atası Əkbər Əsgərova məlumat verib.
Hökm və narazılıq
Daha sonra Rasim Həşimov təcili yardım çağırıb. Çağırışa gəlmiş həkimlərin vasitəsilə zərərçəkmiş Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın noyabrın 6-da vəfat edib.
Xəqani Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Hüseynov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Cəzanın ağırlaşdırılması
Həmçinin prokuror da apelyasiya protesti verərək, Xəqani Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda prokurorun protestini qismən təmin edib və Xəqani Hüseynovun cəzasının ağırlaşdırılması barədə qərar qəbul edib. Qərara görə, Xəqani Hüseynovun cəzası 15 ilə qədər artırılıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.
Qəti cəza: 10 il
Bu qərardan narazı qalan məhkumun müdafiəçisi Əli Mehtiyev kasasiya şikayəti verib. Müdafiəçi Xəqani Hüseynovun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Müdafiəçinin şikayəti Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası müdafiəçinin kasasiya şikayətini təmin edib.
Xəqani Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Məhkəmə onun barəsində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8952   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel