"Qara bazar"da dolların SON MƏZƏNNƏSİ

"Qara bazar"da dolların SON MƏZƏNNƏSİNoyabr ayının 15-də "qara bazar"da dolların məzənnəsi dəyişməyib.

Sonxeber.az fins.az-a istinadən xəbər verir ki, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Mərkəzi Bankın avronu bahalaşdırması "qara bazar"a da dərhal təsir edib. Belə ki, avronun alışı 1.97 manatdan 1.99 manata, satışı is 1.99 manatdan 2.00 manata kimi yüksəlib. Başqa sözlə, bir gündə 0,5-1% bahalaşıb.

Rus rublu isə ucuzlaşmaqda davam edir. Belə ki, rublun alışı 2.83-2.84 qəpikdən 2.78 qəpiyə, satışı isə satışı isə 2.85 qəpikdən 2.80 qəpiyə düşüb. Bu isə rublun son həftə ərzində ən böyük ucuzlaşmasıdır-1,7%.
Qeyd edək ki, rublun ucuzlaşmasına əsas səbəb kimi, son günlər Rusiya valyutasının ABŞ dolları qarşısında enməsi götürülür.
"Qara bazar"da dolların SON MƏZƏNNƏSİ

İqtisadiyyat   Baxılıb: 1928   Tarix: 15 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR