Milli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib - FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.

Bu barədə Sonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin bir qrup hərbi quluqçusu, şəhidin ailə üzvləri, eləcə də Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.

Anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.

A.Qurbani Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il fevralın 9-da Mili Qəhrəman Ç.Qurbanovun ailə üzvləri ilə görüşdə dediklərini mərasim iştirakçılarına bir daha xatırladaraq bildirib ki, əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.
Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Polkovnik Münasib Babayev Milli Qəhrəman Ç.Qurbanovun öz igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazdığını, hər bir hərbi qulluqçu üçün örnək olduğunu vurğulayıb və böyük qürur hissi ilə deyib ki, hazırda ordumuzun sıralarında yüzlərlə, minlərlə Çingiz kimi igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Qusar rayon İcra Hakimiyyəti Başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir. Bu məqsədlə Müdafiə Nazirliyi ilə birgə keçirilən kütləvi vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.

Şəhidin atası Salman Qurbanov deyib: "Dekabrın 29-da oğlumun həlak olduğu vaxtdan düz bir il ötəcək. Ancaq bu müddət ərzində dövlətimizin başçısından, Müdafiə Nazirliyinin rəhbərliyindən, eləcə də qədirbilən, xeyirxah xalqımızdan o qədər diqqət və qayğı görmüşük ki, oğul itkisini tamamilə unutmuşuq. Digər oğlum da, mən də Ali Baş Komandanın əmri ilə silah götürüb döyüşə yollanmağa hər an hazırıq. Təki Vətən sağ olsun!".

Mərasim Milli Qəhrəmanın xatirə lövhəsi vurulan küçədə davam etdirilib. Tədbir iştirakçıları şəhidin baralyefi qarşısına qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin və möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qusarlıların əvəzsiz xidmətləri barədə dedikləri xatırlanıb.

A.Qurbani xalqımızın Ümummilli Liderinin Qusar ictimaiyyəti nümayəndləri ilə görüşündən, general-mayor Mahmud Əbilovun yüz illik yubileyinin keçirilməsi haqqında sərəncamından, görkəmli sərkərdənin vətənində abidəsinin ucaldılmasındakı unudulmaz xidmətlərindən, Ulu Öndərin Qusarda qələbəliklə qarşılanmasından danışıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov qusarlıların bütün zamanlarda Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olduqlarını vurğulayıb. Rayon gənclərinin hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində təmsil olunduqlarını, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini iftixarla qeyd edib. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirənlərə, veteranlara dövlət qayğısından minnətdarlıqla danışıb.

"Gözləyirik ki, Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın, aprel döyüşləri təkarlansın. Onda görəcəksiniz ki, Qusarda hələ nə qədər Çingiz kimi oğullar var", - deyə veteran döyüşçü C.Hörmətov deyib.

Zabit Münasib Babayev, şəhidin qardaşı Beydulla Qurbanov çıxış ediblər. Sonda şəhidin anası Nailə xanım əsgərlərə müraciətlə deyib: - "Siz hər biriniz mənim nəzərimdə Çingizsiniz. Mən sizin simanızda Çingizi görürəm və inanıram ki, Çingizimin və digər şəhidlərimizin intiqamını siz alacaqsınız. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında qələbə bayrağımız tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq".

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin "Çingiz dastanı" kitabı hədiyyə edilib.
Milli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib - FOTOMilli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib - FOTOMilli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 996   Tarix: 25 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr