Feyxoa bu orqanlar üçün faydalıdır

Feyxoa bu orqanlar üçün faydalıdırSubtropik meyvə olan feyxoanın vətəni Braziliyadır.

Məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib. Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib - feyxoa.

Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu mənada bizim bəxtimiz gətirib. Mütəxəssislər Azərbaycanda yetişdirilən feyxoanı çox faydalı hesab edirlər.

Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvədir.

- Feyxoanın tərkibində olan yodun miqdarı demək olar ki, dəniz məhsullarında olan yoda çatır. Yod orqanizmin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Yodun atomları qalxanvari vəzi hormonlarının tərkibinə daxildir. Bu səbəbdən yod çatışmazlığı zamanı qalxanvari vəzidə pozulmalar yaranır.
- Feyxoa kaliumla zəngindir. Kalium ürəyin fəaliyyəti üçün ən vacib olan mineraldır. Kalium ürək əzələsini qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.
- Tərkibində C və PP vitaminləri olan feyxoa damarların sağlamlığını qoruyur, onları daha elastik və möhkəm edir.
- Katexin və leykoantosian maddələri ilə zəngin olan feyxoa (xüsusilə meyvənin qabığı) orqanizmə güclü antioksidant təsir edir, xərçəngin inkişafı riskini azaldır.
- Pektin və qidalı liflərlə zəngin olduğundan feyxoa mədə-bağırsaq sistemi üçün faydalıdır.
- Feyxoa yüksək təzyiqi salmağa kömək edir.
- Feyxoanın güclü iltihab, virus və mikrobəleyhinə xüsusiyyətləri var. Bu səbəbdən feyxoa immun sistemimizə çox müsbət təsir edir, soyuq fəsillərdə soyuqdəymə xəstəliklərindən qoruyur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 6280   Tarix: 26 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. Tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkildə tıxaya bilər, nəticədə qanın normal axını pozulur. Tromb aşağıdakı hissələrdən ibarət ola bilər

28 mart
.

Ramazandan sonra çox yemək infarkt riskini artırır

Ramazandan sonra həddindən artıq yemək infarkt riskini artırır. Bununla bağlı mütəxəssislər araşdırma aparıb. Axşam.az xəbər verir ki, oruc tutarkən insanlar yalnız iki dəfə və daha az yemək yeyir. Bu zaman bir çoxları şirniyyatı azaldır, xəmirdən istifadə etmirlər. Amma Ramazan bitəndən sonra əvvəlk

20 mart
.

Gəzərkən artan ayaq ağrısına diqqət: Bu problemlərin xəbərçisi ola bilər

Günün böyük hissəsini ayaq üstə keçirən və ya uzun müddət hərəkətsiz qalan insanlarda ayaqlarda ağrı, şişkinlik və yorğunluq hissi tez-tez rast gəlinən simptomlardandır. Çoxları bu şikayətləri gündəlik yorğunluq və intensiv temp ilə izah etməyə çalışsa da, bəzən bu əlamətlər arxasında damar problemlər

16 mart
.

Beyin sağlamlığı üçün nə yemək lazımdır? - 7 balıq növü

Yağlı balıq omeqa-3 yağ turşularının əla mənbəyidir - bu, ürək və beyin sağlamlığının qorunması üçün vacib olan əvəzsiz yağlardır. Bədən omeqa-3 yağ turşularını öz-özünə istehsal edə bilmədiyindən, onları qida rasionuna daxil etmək vacibdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywellhealth"

16 mart
.

Bu qidalar yaddaşı gücləndirir

Yaddaşı yaxşılaşdırmaq üçün faydalı olan qidalar açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə nevroloq Kirill Almazov məlumat verib. O bildirib ki, yaddaş zəifliyinin əsas və ən çox yayılmış səbəbi dəmir çatışmazlığıdır, ona görə də bu mikroelementlə zəngin qidaları müntəzəm olaraq qəbu

17 mart
.

Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər

Piroqov Universitetinin ümumi terapiya professoru Oleq Kotenko bildirib ki, bir çox insanın faydalı hesab etdiyi dərman bitkiləri bəzən sağlamlıq üçün risk yarada bilər. O, müsahibəsində bitki mənşəli vasitələrin təhlükəsizliyi ilə bağlı yayılmış fikirlərin həmişə doğru olmadığını deyib. Mütəxəssisi

15 mart
.

Bu içki xərçəng xəstəliyinin qarşısını ALIRMIŞ

Bu gün dünyanın ən bahalı içkilərindən sayılan viskinin "doğum günü"dür. Bu içkinin zəngin tarixi var. Viski "saf su" mənasını verən kelt dilində Uisge beatha sözündən gəlir. XV əsrdə Şotlandiya rahibləri arpadan əldə etdikləri distillə edilmiş içkini belə adlandırırdılar. Şotlandiyad

28 mart
.

Üç həftədən çox davam edən öskürək təhlükəlidir - Həkimlərdən məsləhət

Vərəm müalicə olunsa da, dünyada hələ də ən ölümcül yoluxucu xəstəliklərdən biridir. Hər il təxminən 10 milyondan çox insan yoluxur, 1 milyondan çoxu həyatını itirir. xəbər verir ki, bunu Biruni universiteti Tibb Fakültəsi xəstəxanasının ağciyər xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Sinem İliaz deyib

29 mart
.

Qripə bənzəyən yeni virus YAYILIR: Qızdırma, öskürək...

Human metapneumovirus (HMPV) adlı virusun yoluxma hallarının artdığı bildirilir. xəbər verir ki, simptomları qrip və ya soyuqdəyməyə çox bənzədiyi üçün çox vaxt başqa xəstəliklərlə qarışdırılır. 2001-ci ildə aşkarlanan bu virus əsasən qışın sonu və yazın əvvəlində daha çox yayılır. Ən çox rast gəlinə

18 mart