Villası, maşını olan dilənçilər - Polis onları niyə görmür?..

Villası, maşını olan dilənçilər - Polis onları niyə görmür?.."Hər gözəlin bir eybi var" deyib atalarımız. Bizim gündən-günə gözəlləşən Bakımızın ən böyük eyiblərindən biri də metro çıxışlarında, yol kənarlarında əl açıb dilənənlərdir desək, yəqin ki, haqq verərsiniz. Səhər-səhər bütün problemləri unutmağa çalışıb, xoş əhvalda evdən çıxıb işə gələrkən küçə boyu, metro giriş-çıxışlarında dilənən müxtəlif tip insanlarla rastlaşmamaq əldə deyil. Kimisinin yara basmış ayağını açıb göstərməsinə, kimisinin körpəsini bağrına sıxıb, isti-soyuq demədən "uşağım xəstədir, kömək edin" deməsinə, yaşlıların heç bir əlilliyi olmadan əlil arabasına oturdularaq "bir çörək pulu verin" yalvarışına etinasız ötüb keçə bilmirsən. Diqqətçəkən məqamlardan biri də anasının qucağında saatlarla yatan körpələrdir. Hələ inkişaf edən dünyada formasını dəyişən dilənçilik də ayrı dərddir: "Balam xəstədir, salfetka götürün", "Anam yataq xəstəsidir, salfetka götürün" deyənlər bəzən hətta hərəkətdə olan avtobuslarda "fəaliyyət göstərmək"dən belə, çəkinmirlər. 20 qəpikdən ötrü özünü avtomobillərin qarşısına atan, maşınların şüşələrini taqqıldadaraq həyasızcasına pul dilənən azyaşlı oğlan və qızları görməmək səndən asılı deyil. Amma müəmmalısı odur ki, əraziyə təhkim edilmiş polis əməkdaşları onları görmürlər, ya da "görmürlər"... Bəzi iddialara görə, dilənçilərin belə ürəkli, arxayın olmalarına səbəb polislə əlbir işləmələri, hətta daha böyük qüvvələrin onlara "himayədarlıq" etməsidir. Dəfələrlə metronun "Xalqlar Dostluğu" stansiyasında qucağında uşaqla "Jeep" markalı maşından düşərək "işə" gedən dilənçilərin şahidi olmuşuq. Həm də təkcə "Xalqlar Dostluğu" deyil ki... Metronun "Neftçilər", "20 Yanvar", "Nəriman Nəzrimanov", "Gənclik" stansiyalarının ətrafı bu cür "işçilərlə" doludur.
Fikrimizi əsaslandırmaq üçün 2015-ci ildə Azərbaycanda keçirilən "Bakı 2015" Avropa Oyunlarını xatırlatmaq kifayətdir. Yarışma ərəfəsi gücləndirilmiş rejimdə çalışan polis əməkdaşları Azərbaycanın müxtəlif rayonlarından paytaxta gələn, dilənçiliklə məşğul olan qaraçıları toplayaraq avtobuslarla gəldikləri ünvanlara-Yevlaxa, Ağdaşa, Bərdəyə göndərdilər. Bu nümunə "hər şeyin başında istək dayanır" deyiminin əsaslı sübutudur!

"Dilənçilik bir ölkənin siması deyil"

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc məsələ ilə bağlı Modern.az-a bildirib ki, sədəqə diləmək ayrı-ayrı adamların fiziki durumundan, əlillik vəziyyətindən sui-istifadə etmək, eləcə də bunu həyat tərzinə çevirmək, himayə edilmiş şəbəkə halına gətirmək və dilənçilərin üzərindən biznes qurmaq tarixi bir işdir və dünyanın hər yerində geniş yayılıb:
"Qabaqcıl Avropa ölkələrinə səfərlərimiz zamanı belə hallarla dəfələrlə qarşılaşmışıq. Açığı, hətta orada milli-etnik zəmində bölünmələr də mövcuddur. O cümlədən, belə hesab edirlər ki, dilənçilər vasitəsilə terror planlarını, ayrı-ayrı təhlükəli xarakter daşıyan əməliyyatları, bir sıra hallarda narkotik tranzitdə daşımaçılığı icra edirlər. Azərbaycanda o səviyyəyə gəlib çatmasalar da, ancaq qeyd etdiyiniz formada ictimai həyatımızın mənzərəsini kobud şəkildə tapdalayaraq, insanların üzərinə yürümək və onları mütləq hansısa"haqq" ödəməyə vadar etmək səviyyəsində işlər genişlənməkdədir. Bu istiqamətdəki müşahidələr çox dəqiqdir ki, həmin dilənçiləri idarə edənlər də var. Belə adamların əməlləri daha artıq dərəcədə istər uşaqların, istərsə də digərlərinin əməyinin istismarı kimi dəyərləndirilə bilər. Bu, onların iradələrinin əleyhinə, hətta lehinə belə olubsa da, xoçagəlməzdir. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən də təqib olunur və bununla bağlı mübarizələr getməkdədir".

Terror qədər təhlükəli "peşə"

Z.Orucun sözlərinə görə, dilənçilik beynəlxalq ictimai fenomendir:
"Bu, bir növ terrordur. Müqayisə bəlkə də qüsurlu olacaq, amma məhz elə terror kimi milli miqyas daşımasa da, üzvləri, əlaqələri həddindən artıq genişdir. Mental olaraq hansısa millətlərin içərisində dilənçiliyə meyl artıqdır, yaxud əskikdir hesablamalarını təqdim etmək də mümkündür. Sovet ölkələrinin hamısına səfərlər zamanı dövlət tədbirlərində olmuşuq və hər bir ölkə öz sifətini nə qədər yüksək səviyyədə təqdim etməyə çalışıbsa da, qeyd etdiyiniz ictimai yerlərdə biz onlarla qarşılaşmışıq. Dilənçilərin olması isə qətiyyən bir ölkəni xarakterizə edə bilməz. Əgər söylədiyiniz kimi, son dövrlər dilənçilər daha da çoxalıblarsa, hər addımda qarşınıza çıxırlarsa, demək ki, bunun səbəbləri var".

Körpələrə depressantlar verilir

Deputat bildirib ki, xüsusilə körpə uşaqları ilə birlikdə dilənçilik edən qadınların depressantlardan, narkotik tərkibli maddələrdən istifadəsi mümkündür:
"Onlar qazanc əldə etmək üçün hər cür vasitələrə əl atır, yaxud buna vadar edilirlər. Əlbəttə ki, bunlar bizi narahat edir. Ancaq müvafiq qurumlar var ki, onların hərəkət marşrutlarını izləyir və hərəkətlərinə qiymət verirlər. Hesab edirəm ki, mediada olan mövqelər, yanaşmalar, etirazlar onlara daha kəskin hərəkət etmək üçün çağırış olacaq".

"Elə dilənçilər var ki, onlara ev də versən, dilənəcəklər"

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, dilənçilərin küçələrdən yığışdırılmasının yeganə həlli insanların sosial-iqtisadi durumunun yaxşılaşdırılmasıdır:
"İşsizlik artmaqdadır, bunu heç kim inkar edə bilməz. Amma bir neçə yerdə evi, hətta villası olan dilənçilər də mövcuddur. Elə insanlar var ki, dilənçilik onlar üçün vərdişə çevirilib. Onlara ev də, maşın da, lap pul da versən, yenə də dilənəcək. Amma bir çörək üçün əl açıb dilənənlər günümüzün reallığıdır. Onları bu yoldan çəkindirmək isə dövlətin əlindədir. Əvvəllər belə fikirlər vardı ki, dilənənlər qaraçıdır. Amma indi dilənənlərin əksəriyyəti azərbaycanlı qadınlardır. Axşam saatlarında metro çıxışlarında, yol ayrıclarında, işıqforların yanında durub, xarici maşın görəndə atılırlar üstünə. Bir qəpikdən ötrü min dil tökürlər. Bunların hamısı sosial-iqtisadi durumla əlaqədar olan problemlərdir. Amma bu, Azərbaycanda kütləvi xarakter daşımır".

Sosial durum dilənçiliyə vadar edir

Kriminalist deyib ki, hansısa məsuliyyətə cəlb etməklə məsələni kökündən həll etmək olmaz:
"Həbs etməklə, qadağalar qoymaqla onların qarşısını almaq olmaz. Kimisə tutub 15 sutka iş kəsməklə nə ictimai-inzibati xətaların, nə də cinayət tərkibli əməlin qarşısını almaq olar. Artıq bu cür metodlar effektli deyil. Müasir dövrümüzdə bütün problemlərin həlli hüquqi dövlətlərdə olduğu kimi təkliflərdən, profilaktik tədbirlərdən keçir. Artıq biz anlamalıyıq ki, cəza problemin qarşısını almaq metodu deyil, yalnız müvəqqəti üsuldur. Məsələni kökündən həll etmək üçün isə sivil metodlardan istifadə etmək lazımdır".

"Bu, polisə atılan çirkin iftiradır"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev Modern.az-a deyib ki, bu kimi məsələlər daim hüquq-mühafizə orqanı əməkdaşlarının nəzarətindədir.
İ.Babayev hesab edir ki, dilənçilərin polislə işbirliyində olması fikirləri polisə atılan çirkin iftiradan başqa bir şey deyil:
"Bu, ancaq polisi nüfuzdan salmaq üçün atılan uğursuz cəhddən başqa bir şey deyil. Digər tərəfdən, dilənçilərə əvvəllər daha çox rast gəlinirdi. Hazırda onların sayı demək olar ki, minimuma endirilib".
Villası, maşını olan dilənçilər - Polis onları niyə görmür?..Villası, maşını olan dilənçilər - Polis onları niyə görmür?..Villası, maşını olan dilənçilər - Polis onları niyə görmür?..


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2788   Tarix: 29 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021