Azərbaycanlı geylər dərdlərini danışdılar

BBC Azərbaycanca "Cənubi Qafqazın geyləri: oxşar dərdlər" adlı məqalə hazırlayıb.

Sonxeber.az həmin məqalənin Azərbaycandakı cinsi azlıqların həyatına həsr olunmuş hissəsini təqdim edir.

Hazırda Fransada yaşayan azərbaycanlı rəssam və şair Babi Bədəlovun fikrincə, Azərbaycanda gey mövzusuna dözümsüz və aqressiv münasibətin kökündə İslam dini dayanır.

"Azərbaycan İslam ölkəsidir və bu dində saysız-hesabsız primitiv düşüncəli insan var ki, homoseksuallığı çırkin qərblilərin həyat tərzi hesab edir".

Azərbaycanlı geylər dərdlərini danışdılarBədəlov Azərbaycanın cənub bölgəsi olan Lerik rayonunda doğulub. Uzun müddət Rusiyada yaşasa da, sonradan Azərbaycana geri qayıdıb.

Onun sözlərinə görə, gey olmasından xəbər tutduqdan sonra ailə üzvləri ona hədə-qorxu gəlməyə başlayıb və bundan sonra Azərbaycanı tərk edərək Avropaya köçməyə məcbur olub.

"Avropada kiçik əyalət şəhərlərini deyə bilmərəm, amma böyük şəhərlərdə gey olaraq xoşbəxt yaşamaq mümkündür. Mən Parisdə yaşayıram və tamamilə azadam," Bədəlov deyir.

Rəssamın sözlərinə görə, Azərbaycanda LGBT-lərin həyatı hər zaman təhlükə altındadır. "Azərbaycanda homoseksualların gələcəyi üçün çox işlər görmək lazımdır. İlk növbədə dövlət LGBT-lərin hüquqlarının qorunması üçün təbliğat aparmalıdır".

Azərbaycanda yaşayan Nəzrin deyir ki, əgər "gey olduğunu gizlətsən və hamıya özünü yalandan homofob kimi təqdim etsən, Azərbaycanda yaşamaq heç də çətin deyil".

Nəzrin hazırda tələbədir və ekologiya ixtisası üzrə təhsil alır. "Gey olduğumu ailəmdə sadəcə bacım və qardaşım bilir. Anama deməmişəm, yəqin özü təxmin edib".

O deyir ki, Azərbaycan cəmiyyətində homoseksual olmaq əxlaqsızlıq kimi qavranılır və hətta homoseksual sözünü işlətmək belə ədəbsizlik sayılır.

"İnsanların çoxu, cəmiyyətə fayda vermiş homoseksuallardan xəbərsizdir. Problemin kökündə məlumatsızlıq dayanır," Nəzrin deyir.

Buna baxmayaraq, onun fikrincə Azərbaycanda LGBT-yə münasibətdə hər il müsbət mənada dəyişiklik baş verir.

Azərbaycanlı geylər dərdlərini danışdılarNicat Rzayev də Azərbaycanda LGBT-ın gələcəyinə ümidli baxdığını deyir. "Çünki artıq insanlarımız bu mövzuda öyrənir, məlumat toplamağa başlayıb. Homoseksuallıq haqqında olan mühafizəkar fikrin yavaş-yavaş yox olduğunu müşahidə edirəm".

18 yaşı olan Rzayev hazırda tələbədir və filologiya ixtisası üzrə təhsil alır. "Mən artıq 12 yaşım olanda homoseksual olduğumu qəbul etdim və bunu heç kimdən gizlədə bilməyəcəyimi düşündüm. Ona görə də ətrafımda olan ən yaxın insanlara cinsi oriyentasiyam barədə etiraf etmək qərarına gəldim," Rzayev deyir.

O, gey olduğunu biləndən sonra valideynlərinin ona olan münasibətinin tamam dəyişdiyini və soyuduğunu deyir. "Atam məni qız kimi olduğuma görə qəbul edə bilmirdi. Lakin mən ümidimi itirmədim və bu günə qədər heç vaxt intihar barədə düşünməmişəm".

Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyur."

Hazırda o, ətrafındakı hər kəslə çox yaxşı münasibətlərinin olduğunu deyir.

Rzayev həm də ictimai fəaldır. O, 2013-cü ildən bəri Azad LGBT təşkilatında fəaliyyət göstərir. Bu təşkilatın əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub.

"Təşkilatımız tərəfindən bəzi maarifləndirici tədbirlər keçirilir. Deyə bilərəm ki, fəaliyyətimiz sahəsində bir çox homoseksual artıq özünü daha rahat hiss edir," Rzayev bildirir.

O deyir ki, Azərbaycanda homofobiyanın kökündə "insanların maarifsizliyi" durur. "İnsanlar homoseksuallığı psixi xəstəlik hesab edir. Təəssüf ki, bir çox jurnalist və siyasətçilər homofob mövqelərini açıq şəkildə ortaya qoyurlar".

Hazırda Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış heç bir LGBT təşkilatı olmasa da, LGBT ilə bağlı layihələri həyata keçirən dörd təşkilat və bir sıra klub fəaliyyət göstərir.

Fəaliyyətdə olan Azad LGBT təşkilatına Lalə Mahmudova rəhbərlik edir. O, hazırda ABŞ-da Gender və Qadın Tədqiqatları sahəsində magistr təhsili alır.

Azərbaycanlı geylər dərdlərini danışdılarLGBT haqlarının müdafiəçisi olan Mahmudovanın sözlərinə görə, Azərbaycanda geylərin ən böyük problemi işsizlikdir. "Çoxları məhz gey olduğu üçün iş tapa bilmir və buna görə də ciddi problemlərlə üzləşir".

Təşkilatın əvvəlki sədiri olan İsa Şahmarlı 2014-cü ilin yanvar ayında işlədiyi ofisdə özünü rəngarən "qürür bayrağı" ilə asıb intihar etmişdi.

İsa Şahmarlının intiharından sonra Azad LGBT təşkilatına rəhbərlik edən Mahmudova deyir ki, "Şahmarlının ölümü LGBT sahəsində böyük dirçəlişə səbəb olub".

"...Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil," İntahar etməzdən öncə Şahmarlı Facebook hesabında bunları yazmışdı.

Ölümündən öncə mətbuata verdiyi müsahibədə o, homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirirdi.

Lalə Mahmudova deyir ki, Bakıda bölgələrə nisbətən homoseksuallar müəyyən qədər azaddır. "Bölgələrdə vəziyyət daha acınacaqlıdır. Hətta LGBT fərdi özünün niyə digərləri kimi olmadığını anlaya bilmir və ətrafdakıların nifrət davranışları ilə üzləşir" Mahmudova bildirir.

Onun sözlərinə görə, LGBT sahəsində Türkiyə və Gürcüstandakı təşkilatlarla da əməkdaşlıq edirlər.

Azərbaycanda homoseksuallığa görə cəza Cinayət Məcəlləsindən 2001-ci ildən çıxarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 16584   Tarix: 20 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr