Xalq şairi Fikrət Qocanın oğlunu öldürən şəxslərə hökm oxunub

Xalq şairi Fikrət Qocanın oğlunu öldürən şəxslərə hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az -a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda E. Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib.

P. Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib.

R. Məmmədov son söz deməkdən imtina edib.

Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2310   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Şirvanda kardioloq ürək çatışmazlığından vəfat etdi

Bu gün Şirvan şəhərinin kardioloq-həkimi, 1959-cu il təvəllüdlü Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentini

21 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel
.

Sabirabadda qadın kimyəvi maddə içdi, sonra qollarını doğradı

Sabirabadda 32 yaşlı qadın intihara cəhd edib. -ın məlumatına görə, hadisə Sabirabad rayonu, Zalqarağac kəndində qeydə alınıb. Kənd sakini Rəvanə Yaşar qızı Ağayeva kimyəvi maddə içib, sonra qollarını doğrayıb. Qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

21 aprel
.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel