Azərbaycan universitetlərinin ən bahalı ixtisasları hansılardır?

Azərbaycan universitetlərinin ən bahalı ixtisasları hansılardır?Təhsil haqlarını ali məktəblərin özləri müəyyənləşdirir

2015-2016-cı tədris ilində ən yüksək təhsil haqqı "ADA" Universitetindədir. Bu ali məktəbin Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Dövlət və ictimai münasibətlər fakültələrində illik təhsil haqqı 4 800 manat müəyyən olunub

Azərbaycanın ali məktəbləri arasında ən yüksək təhsil haqqı "ADA" Universitetindədir.

Sonxeber.az-ın məlumatına görə, report-un apardığı araşdırmalar zamanı məlum olub ki, 2015-2016-cı tədris ilində "ADA" Universitetinin Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Dövlət və ictimai münasibətlər fakültələrində illik təhsil haqqı 4 800 manat müəyyən olunub.

İkinci yerdə Qafqaz Universiteti gəlir. Bu ali təhsil müəsissəsinin Maliyyə, Mühasibat uçotu və audit, Dünya iqtisadiyyatı, Biznesin idarə edilməsi ixtisaslarında təhsil alan tələbə ildə 4 500 manat ödəməlidir.

Təhsil haqqının miqdarına görə üçüncü sırada qərarlaşan Qərb Universitetinin ən bahalı fakültələri Tərcümə və Filologiyadır. Bu fakültələr üzrə illik ödəniş 3 995 manatdır.
Dördüncü yerdə Bakı Dövlət Universiteti gəlir. BDU-nun Hüquq fakültəsidə təhsil haqqı 3 800 manatdır.

Digər universitetlərdə bu göstərici aşağıdakı kimidir:

Xəzər Univеrsiteti (Fizika, Riyaziyyat və İnformatika müəllimliyi) 3 500
Azərbaycan Tibb Universiteti (Müalicə işi, Stomatologiya) 3 000
Bakı Musiqi Akademiyası (Dirijorluq, Solo oxuma) 3 000
Azərbaycan Milli Konservatoriyası (Solo oxuma) 3 000
Azərbaycan Dövlət İqtisad Universiteti (Dünya iqtisadiyyatı və Maliyyə) 2 600
Dövlət İdarəçilik Akademiyası (Politologiya və Hüquq) 2 500
Azərbaycan Dillər Universiteti (Regionşünaslıq, Tərcümə) 2 500
Azərbaycan Turizm və Menecment Universitetinin (Turizm işinin təşkili, Qida məhsulları mühəndisliyi) 2 500
Bakı Slavyan Universiteti (Beynəlxalq münasibətlər, İngilis dili və ədəbiyyatı)2500
Azərbaycan Memarlıq və İnşaat Universiteti (Dizayn və Memarlıq) 2 000
Azərbaycan Dövlət Neft Akademiyası (Neft və qaz mühəndisliyi) 1 800
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Solo oxuma) 1 800
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bütün ixtisaslar) 1 320

Araşdırmalar zamanı məlum olub ki, bəzi universitetlər ötən illə müqayisədə 2015-2016-cı tədris ili üzrə təhsil haqlarını artırıblar.

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov bildirib ki, İqtisad Universitetində təhsil haqları 1 800-2 600 manat arasında dəyişir: "Ən yüksək ödənişlər Dünya iqtisadiyyatı və Maliyyə ixtisaslarındadır. Keçən ilə nisbətdə bu il ödənişlərdə artım olub. Bəzi ixtisaslarda 300-400, bəzilərində 100 manat artım olub. Bir sıra ixtisaslarda isə təhsil haqqı dəyişməyib".

Onun sözlərinə görə, təhsil haqları ilə bağlı qərarı universitet qəbul edir: "Universitet qərarı Təhsil Nazirliyinə təqdim edir. Təsdiqlənmiş ödənişlər "Abituriyent" jurnalında dərc olunur".
Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov bildirib ki, universitedə ən yüksək ödəniş İngilis dili müəllimliyi və İngilis dili tərcümə ixtisaslarınadır: "Bu ixtisaslarda təhsil haqqı 2 500 manatdır. Bu qiymət 2-3 ixtisasdadır. Əksər fakültələrimizin ödənişi 1 800 manatdır. Bizim universitetdə 1 800 manatdan aşağı təhsil haqqı yoxdur".

Prorektor qeyd edib ki, bu il Bakı Slavyan Universitetində təhsil haqqında artım olmayıb: "Bu il dəyişiklik olmayıb, qiymətlər əvvəlki illərdə olduğu kimi qalıb".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, təmsil etdiyi ali məktəb 2015-2016-cı tədris ilində təhsil haqqını artırmayıb: "Pedaqoji Universitetin 11 fakültəsində təhsil ödənişli əsaslarla aparılır, illik təhsil haqları bütün fakültələrdə eynidir, yəni 1 320 manat müəyyənləşib".
Azərbaycan Dillər Universitetindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu tədris ilində Dillər Universitetində təhsil haqlarında artım olmayıb: "Dillər Universitetində təhsil haqları 1 000-2 500 manat arasında dəyişir. Ən yüksək təhsil haqqı Regionşünaslıq, Beynəlxalq münasibətlər, İngilis dili müəllimliyi, İngilis dili filologiyası, İngilis dili tərcümə, ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslarındadır".

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, universitetlərin təhsil haqlarını müəyyənləşdirmək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid deyil: "Bizə plan yerləri təqdim olunur, həmin plan yerlərinə qəbul aparılır".

Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ali təhsil müəssisələri illik təhsil haqlarını özləri müəyyənləşdirir.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, bu gün Azərbaycanda universitetlərin ödəniş haqlarını tənzimləyən qurum yoxdur: "Hər bir ali məktəb özü təhsil haqqını müəyyənləşdirir, istədiyi vaxt ödənişi qaldırır. Yaxşı olar ki, ali məktəblərdə təhsil haqlarını Tarif Şurası müəyyənləşdirsin. Ən yaxşısı isə təhsil haqlarını müəyyən edən qurumun yaranması olardı. Bu dövlət qurumu və ya Qeyri-Hökumət Təşkilatı da ola bilər. Həmin qurum hər bir ali məktəbi, hər bir ixtisası öyrənə və və ona uyğun olaraq konkret təhsil haqqı müəyyənləşdirə bilər. Belə halda ali məktəblər də ödənişi qaldırmaqdan qaçar".

Ekspert qeyd edib ki, hazırda dünyada tələbə pulu ilə müəllim, universitet saxlamaq aktuallığı yoxdur: "Ali məktəblərin hər birinin laboratoriyası və elmi məktəbləri fəaliyyət göstərməlidir və ordan qazanc əldə edilməlidir. Bazar iqtisadiyyatı bunu tələb edir".

Xatırladaq ki, bu il keçirilən qəbul imtahanlarında ali məktəblərə 32 276 abituriyent daxil olub. Onlardan 28 966 nəfəri dövlət universitetlərində oxuyacaq. Bunun da 11 041 nəfəri ödənişsiz, 17 925 abituriyent ödənişli əsaslarla təhsil alacaq. Qəbul olanların 3 310-u isə özəl universitetlərdə oxumaq şansı qazanıblar, onlardan 623 nəfəri dövlət sifarişi əsasında və ödənişsiz formada təhsil alacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 49056   Tarix: 24 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır" - AÇIQLAMA

Bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, "ok" sözü 104 dəfə səsləndirilib

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

18 dekabr
.

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkə

18 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr