Diqqət! "Whatsapp" da tanımadığınız mesajları açmayın

Diqqət! "Whatsapp" da tanımadığınız mesajları açmayınBu cür hallarla qarşılaşdıqda istifadəçilər tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməməlidir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Whatsapp" istifadəçilərinə müraciət edib.

Sonxeber.az ETM-dən verilən məlumata əsasən bildirir ki, son günlərdə Azərbaycanın "Whatsapp" istifadəçilərinə xarici ölkələrə məxsus saxta "Whatsapp" hesablarından fırıldaqçı mesajlar gəlməyə başlayıb. "Göndərilən mesajlarda "Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!" tipli cümlələr və "Bu mətnə klikləyin" tipli məzmunlar öz əksini tapır", - deyə məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə "WhatsApp" adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və "contact" göndərir: "Xüsusilə diqqətinizə çatdıraq ki, "Bu mətnin üzərinə klikləyin adlı" məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər".

ETM-dən bildirirlər ki, istifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan şəxslərin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.

Qeyd edək ki, bəzi hallarda istifadəçi veb səhifədə görünən "Davam etmək", "Yükləyin", "Yükləmək", "Download" məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.

"Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər",- deyə məlumatda vurğulanıb.
Diqqət! "Whatsapp" da tanımadığınız mesajları açmayınDiqqət! "Whatsapp" da tanımadığınız mesajları açmayın


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2141   Tarix: 26 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14 dekabr
.

Nazirlikdən dəm qazı ilə bağlı əhaliyə - Müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifad

15 dekabr
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13 dekabr
.

Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əsaslı töhfə verib"

"Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanı

13 dekabr
.

Ramil Səfərovun xanımına vəzifə verildi

Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd

14 dekabr
.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

15 dekabr
.

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb

15 dekabr
.

Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs

15 dekabr
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

14 dekabr