Tibbi müayinədə xəstə çıxan gənclər evlənməkdən imtina etməyiblər

Tibbi müayinədə xəstə çıxan gənclər evlənməkdən imtina etməyiblər"Azərbaycanda nikaha daxil olmaq istəyən bəzi gənclərdə QİÇS və sifilis xəstəliyi aşkarlanıb. Tibbi müayinədən keçən 7 gəncdə isə talassemiya olduğundan onlara evlənməmək tövsiyyə olunub. Lakin onlardan heç biri evlənməkdən imtina etməyiblər".

Sonxeber.az bildirir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov deyib. O, bildirib ki, "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq bu il iyunun 1-dən indiyədək nikaha daxil olmaq istəyən 33 412 nəfər tibbi müayinədən keçirilib.

Baş hematoloqun sözlərinə görə, evlənmək istəyən gənclərdə hər hansı xəstəlik çıxanda onlara məsləhət verilir: "Əgər cütlüyün birində talassemiya aşkar olunursa, heç bir problem olmur. Lakin hər iki nəfərdə talessemiya daşıyıcısı varsa, deməli onların uşaqları da talassemiya daşıyıcısı ola bilər. Onlara məsləhət verilir ki, mütləq hamiləlik olan kimi Hemotologiya və Transfiziologiya İnstitutuna müraciət etsinlər və orada bütün məsələlər həll olunsun. Bizdə olan informasiyaya görə, nigaha girmək istəyən 7 cütlükdə hər iki tərəf talassemiya daşıyıcısı aşkar olunub. Həmin cütlüklərdən heç biri nikaha girməkdən imtina etməyib".

Baş hematoloq onu da bildirib ki, evlənməyə hazırlaşan 135 nəfərdə müəyyən xəstəliklər aşkar olunub.

"Çox az sayda gəncdə QİÇS və sifilis xəstəliyi aşkar olunub. Həmin gənclər haqqında məlumat SPİD Mərkəzinə gedir və onlar ora yönəldilirlər. İnanmıram ki, həmin cütlüklərdən kimsə evlənməkdə israr etsin. Çünki hamı indi başa düşür ki, evlənsələr həmin xəstəliyi bir-birinə yoluxduracaqlar".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1033   Tarix: 28 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətl

26 may
.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları

24 may
.

"Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən böyük vasitədir" - Firudin Qurbanov

Süni intellekt və digər yeni anlayışlar dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir. xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib. Onun sözlərinə görə, di

25 may
.

Bakıda evin bir hissəsi çökdü - Fotolar

Paytaxtın Xətai rayonunda yerləşən evin həyətyanı sahəsi çöküb. Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 17-də qeydə alınıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsind

26 may
.

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Azərbaycanı

24 may
.

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı

Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı. Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.Qeyd edək ki, Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi"

26 may
.

İmtahanda maksimum bal toplayan 4 nəfər kimdir?

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb oluna

26 may
.

Almaz Hacıyeva vəfat etdi (FOTO)

SSRİ dövründə Ağdaş və Saatlı rayonlarının birinci katibi olmuş Almaz Hacıyeva vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Almaz Hacıyeva 1978-82-ci illərdə Ağdaş, 1982-87-ci illərdə isə Saatlı rayonunu

25 may
.

Bakcell və Gənclər Fondunun "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri müəyyənləşib

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının iştirakçıları müəyyənləşib. Seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb. Gənclərin innovasiya

25 may