Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi- 1 milyonluq tələb

Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi- 1 milyonluq tələb3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən "Azəriqaz" İctimai Birliyinin (İB) əməkdaşı Nəzərov Pənah Məmmədalı oğlunun məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Sonxeber.az musavat.com-a istinadən bildirir ki, Pənah Nəzərovun cinayət işi üzrə məhkəmə iclası Abşeron Rayon Məhkəməsində baş tutub.

1969-cu il təvəllüdlü Pənah Nəzərov "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayon Texniki İstismar xidmətində baş mühəndis vəzifəsində işləyib.

Baş verən qəza haqda...

Bir aliənin faciəsinə səbəb olan partlayış ötən ilin oktyabr ayında Hökməli qəsəbəsində baş verib. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri Müşviq Qurbanovun evində baş verən dəhşətli partlayış 3 nəfərin ölümü ilə nəticələnib.

Partlayış nəticəsində 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və qızları 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişmişdi. Ailənin digər üzvü 2004-cü il təvəllüdlü Leyla Qurbanlı isə ağır dərəcəli yanıq xəsarətləri almışdı.
Mərhum Şəbruz Novruzova Bakıda tanınmış cərrahlardan olub.

"Azəriqaz" əməkdaşına qarşı ittiham...

İttihama görə, Pənah Nəzərov səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinə görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə səbəb olan cinayət əməli törədib.

Belə ki, P.Nəzərov "Azəriqaz" İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Abşeron rayon texniki istismar xidmətində baş mühəndis vəzifəsində işləyərkən qazdan istifadə qaydaları, qaz təsərrüfatında təhlükəsizlik qaydaları, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərini pozub.

İttihamda yazılır ki, P.Nəzərov vəzifə funksiyalarına görə texniki sənədləşmə və texniki baxış qrafiklərinin tərtib olunmasının ona həvalə edilməsinə baxmayaraq, öz xidməti vəzifəsini yerinə yetirməyib Abşeron rayon Texniki İstismar ərazisində, Sulutəpə-Xırdalan daşıyıcı qaz kəmərində və istismara verilməsində 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə qaz sızması baş vermiş qaz kəmərinə baxış və təmir işlərinin keçirilməsi ilə bağlı tədbirlər görməyib, bununla da onun işə laqeyd münasibəti nəticəsində, 20 oktyabr 2016-cı il tarixdə saat 06 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi Aşıq Ələsgər küçəsində yerləşən Novruzova Şəbruz Aydın qızına məxsus fərdi yaşayış evində yanğınla müşayiət olunan partlayış baş verib.

Partlayış zamanı iki mərtəbəli yaşayış evinin 250.88 kv.m sahəsi tamamilə yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İttihamda qeyd edilir ki, P.Nəzərov evin bərpası üçünn ƏDV də daxil olmaqla sərf ediləcək vəsait nəzərə alınmaqla, 181 min 502 manat, evdə olan əmlakın bütünlüklə yanaraq məhv olması nəticəsində 141 min 721 manat olmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 323 min 223 manat məbləğində külli miqdarda ziyanı vurulmasına səbəb olan cinayət əməlini törədib.

Bu işdə zərərçəkmiş şəxs ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı tanınıb. Onun qanuni nümayəndəsi və mülki iddiaçı qismində Gülnar Novruzova, partlayış zamanı dünyasını dəyişən Şəbruz Novruzovanın hüquqi varisi isə Nuşravan Novruzov tanınıb.

İş üzrə mülki cavabdeh tərəf isə "Azəriqaz" İB-dir.

Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə Pənah Nəzərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.

Mülki iddiaçı Gülnar Novruzova məhkəmədə maddi zərərin əvəzi qismində 729 min manat, mənəvi zərərin əvəzi qismində isə 500 min manat olmaqla, cəmi 1 milyon 229 min manat mülki iddia qaldırıb.

729 min manatlıq maddi zərərə evə və məhv olmuş əmlaka dəymiş zərərlə yanaşı mərhumların və yaralanan qızın müalicəsi üçün sərf edilən xərclər də daxil edilib.

Məhkəmə zərərçəkmiş tərəfin qaldırdığı mülki iddiada göstərilən vəsaitin "Azəriqaz" İB-dən tutulub Gülnar Novruzovaya ödənilməsini qərara alıb.
Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi- 1 milyonluq tələbAparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi- 1 milyonluq tələb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5265   Tarix: 02 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel