Manatla bağlı nikbin proqnoz - Qərarı hökumət verəcək - Açıqlama

Manatla bağlı nikbin proqnoz - Qərarı hökumət verəcək - AçıqlamaXəbər verdiyimiz kimi, dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib."Azəri Layt" markalı neftin 1 barrelinin dəyəri isə 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib.
Bəs neftin qiymətinin gün keçdikcə bahalaşması milli valyutanın və dolların mövcud məzənnəsində il ərzində kəskin dəyişikliyə səbəb olacaqmı? Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevlə əlaqə saxladıq.

Samir Əliyev Sonxeber.az-a açıqlamasında milli valyutanın dəyərinin neftin qiymətindən birbaşa asılı olduğunu deyib:

"Neftin qiymətinin 60 dollardan yüksək olması milli valyutanın məzənnəsi üçün sabitlik yaradır. Bu rəqəm 70 dolları keçəcəksə valyuta gəlirlərimizi artmasına gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, neft nə qədər qalxarsa bu manatın məzənnəsinə müsbət təsir edəcək".

Ekspert vurğulayıb ki, neftin bahalaşması milli valyutanın məzənnəsinin hansı həddə olacağı sualını ortaya qoyur:

"Neftin qiyməti bahalaşdıqca manatın məzənnəsinin yüksəlməsi Hökumətin və Mərkəzi Bankın qərarından asılıdır. Bu gün rəsmi məzənnə 1,70-dir və bütün qiymətlər həmin rəqəmə uyğunlaşdırılıb. Manatın daha da bahalaşıb 1, 60-a qədər yüksəlməsi qanedici deyil. Çünki, 1-2 ay sonra neftin qiymətinin 70 dollardan yüksək olması müəammalıdır. Çünki milli valyuta bahalaşanda qiymətlər ucuzlaşmır. Amma, manat ucuzlaşanda qiymətlər əksinə bahalaşır. Ona görə də, hökumət üçün mövcud məzənnə əlverişlidir. Neftin bahalaşması manatın kəskin dəyişməsi demək deyil. Hər bir halda qərarı hökumət verəcək".

İqtisadçının sözlərinə görə, neftin bahalaşması hər bir halda manatın məzənnəsinə müsbət təsir edəcək. Bu baxımdan indiki səviyyədə manatın ucuzlaşması gözlənilmir. Proses bu cür davam edərsə dolların ucuzlaşmasını müşahidə edə bilərik. Neft bahalaşdıqca dolların ucuzlaşması qərarı hökumətin istəyinə uyğun formalaşır. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin tələb olunduğu dövrdə manatın bahalaşması bu sektoru çökdürə bilər. Bu baxımdan düşünürəm ki, müəyyən qədər ucuzlaşma olsa da Mərkəzi Bank dolların kəskin ucuzlaşmasına imkan verməyəcək. Dollar bu il hazırkı səviyyədə qalacaq.

Aysel Kərimova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7445   Tarix: 05 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr