Mikayıl Cabbarov onları işdən çıxardı - SİYAHI + ADLAR
Yeni vergilər naziri Mikayıl Cabbarov 64 nəfəri tutduqları vəzifədən azad edib. "Report" özəl mənbələrə istinadən işdən azad edilən bəzi şəxslərin adlarını dəqiqləşdirə bilib.
***
"Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır".
Vergilər Nazirliyindən verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.
Məlumatda bildirilir ki, vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.
Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb. Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.
Mənbə: report.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 4150 Tarix: 09 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca
24 aprelİlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"
"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund
23 aprelİlham Əliyev Zelenskini COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir
23 aprel"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov
"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin
22 aprelNazir direktoru işdən çıxardı
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur
25 aprel