Sevgilisini anası ilə tanış etmək adı ilə çağırıb...

Sevgilisini anası ilə tanış etmək adı ilə çağırıb...İki gənc sevdiyi qızlara qarşı iyrənc plan qurublar. Amma bu plan onları dəmir barmaqlıqlar arxasına aparıb. Onlar yetkinlik yaşına çatmayan qıza qarşı zor tətbiq edərək onun videogörüntüsünü çəkiblər. Daha sonra isə onu şantaj edərək pul tələb ediblər.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində 1995-ci il təvəllüdlü Leysan Qocayev və 1996-cı il təvəllüdlü Orxan Əlizadənin Cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Leysan Qocayev Cinayət Məcəlləsinin (CM) 150.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinib.
O, CM-nin 150.2.1-ci maddəsi ilə bəraət alıb, digər maddələrlə isə 6 il müddətinə azadlqıdan məhrum edilib.

Orxan Əlizadə isə yalnız CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

O.Əlizadə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət alıb.

İttihamda yazılır ki, Leysan Qocayev sevdiyi, yetkinlik yaşına çatmayan Nigar Məmmədovanın (ad və soy ad şərtidir) başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almağı planlaşdırıb.

Bu məqsədlə L.Qocayev sevdiyi qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Dostu Orxan Əlizadə ilə isə qabaqcadan əlbir olaraq N.Məmmədova barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.

Belə ki, L.Qocayev sevdiyi qıza zəng edərək onu anası ilə tanış etmək adı altında özünün yaşadığı Mingəçevir şəhərindəki evə dəvət edib. Həmin evə dostu Orxan da sevdiyi qızla gəlib.

İttihamda yazılır ki, L.Qocayev Orxan Əlizadəni və sevgilisini valideynlərinin yataq otağında yerləşdirib və Nigarın gəlişini gözləyib. Nigar evə daxil olarkən Leysan dostu Orxanı və onun sevgilisini otağa çağıraraq Nigarın ona xəyanət etdiyini deyib və bunu sübut edəcəyini söyləyib. Orxan isə həmin zaman öz sevdiyi qızın da ona xəyanət etdiyini deyib. Bu zaman Orxan da Leysan da sevdikləri qızlara bir sillə vurublar.

Daha sonra Leysan Nigarı özünün yataq otağına aparıb və sonuncudan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib, Nigar bundan imtina etdiyi üçün onu döyüb. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman Orxan digər otaqdan gələrək bunu telefonla çəkməyə başlayıb.

Cəmi bir neçə saat sonra Orxan Nigara zəng edərək onun barəsində həmin rüsvayedici görüntüləri Leysanla birlikdə yayacaqları ilə hədələyib. Həmin videogörüntülərin məhv edilməsi qarşılığında ondan hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat tələb edib. Lakin Nigar bu qədər pulu tapa bilməyəcəyini deyib. Nigara bu pulu tapması üçün bir neçə gün vaxt veriblər.

Bu hadisədən Nigarın ailəsi xəbər tutub və hüquq-mühafizə orqanlarına məlumat verilib. Bir neçə gün sonra isə Nigar Leysan və Orxana zəng edərək onların təklifi ilə razılşdığını, görüşmək istədiyini deyib. Bu zaman Nigar onlara 200 manat təklif edib. Lakin Orxan və Leysan bu məbləğin az olduğunu deyərək, götürməyiblər. Həmin zaman Мingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla hər iki şəxs həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı Fuad Musayev və zərərçəkmiş tərəf narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş tərəf isə apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Onlar təqsirləndirilən şəxslərin cəzasının artırılmasını istəyiblər.

Şəki Apellyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin edib və hər iki şəxsin cəzası ağırlaşıdırlıb.

Leysan Qocayevlə bağlı hökmdə CM-nin 150.2.1 və 150.2.3-cü maddələri ilə bəraət verilməsinə dair hissələri ləğv edilib. L.Qocayev bu maddələrlə təqsirli bilinib qəti olaraq 8 il azadlıqdan məhrum edilib.

Orxan Əlizadə isə CM-nin 150.2.1, 150.2.3 və 182.2.1-ci maddələri ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1656   Tarix: 11 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021