Saçlar niyə ağarır? Səbəbləri
Saçlar insan gözəlliyinin əsas hissələrindən biridir
Saçlar insan gözəlliyinin əsas hissələrindən biridir. Lakin onların ağarması insanların qanını qaraldır. Bəs görəsən bu niyə baş verir?
Saçın kökündə olan rəng hüceyrələri - melaninin istehsalı hansısa səbəbdən dayanır. Melanin olmadıqda tük gümüşü çalar alır. Əgər ağ tükə mikroskop altında baxsaq, şəffaf boruya bənzər bir şey görərik. Deməli, melaninin əmələ gəlməsini normallaşdıran və artıran üsullar tapılmalıdır.
Saçlar niyə ağarır?
*Genetik səbəblər-nəsildən gələn
*Stres,əsəb,fikir
*Qorxu,həyəcan,uğursuzluq
*Qeyri-normal qidalanma
*Alkoqol,siqaret
*Yuxunun pozulması
*Qalxanabənzər vəzi və mədə-bağırsaq sisteminin pozulması
*Günəşin altında çox qalmaq
Ağ saçları qopardımmı?
Əsla. El arasında deyirlər ki,ağ tükü qopartmaq onun daha da yayılmasına səbəb olur.Bu həqiqətən də belədir.Hələ ki, bunun elmi səbəbini araşdırmayıblar,amma gerçəkdən ağ tükləri qopartdığınız yerdən yenə də ağ tük çıxacaq.
Saçların gec ağarması üçün maskalar
Sarmısaqlı maska - 2 diş sarmısağı əzin, kütləni saçın yalnız diblərinə sürtün.Əgər saçınız qurudursa, bu kütləyə bir az ayıpəncəsi yağı damızdırın.Başınızı dəsmalla sarıyın,2 saat sonra yuyun.Ancaq isti su ilə yuyub,axırda alma sirkəsi qatılmış su ilə yaxalayın ki,kəskin qoxu hiss olunmasın.
Kök və limon maskası-Bir xörək qaşığı kök şirəsinə eyni miqdarda limon suyu qatın.Kütləni saçın diblərinə çəkin.40 dəqiqə sonra ilıq su ilə yuyun.
İtburnu losyonu - İtburnunu termosda 12 saat dəmləyin.Sonra şüşə qaba süzün.Bu losyonla baş dərisini həftədə 2-3 dəfə silin.Yumağa ehtiyac yoxdur.Losyon saçların sürətlə ağarmasının, dibdən ağ saçların çıxmasının qarşısını alır.Əslində bu losyon, yağ və maskalara gənc yaşlardan başlamaq lazımdır ki,saçlar qidalansın,qüvvətlənsin.
Diqqət:
Əgər saçlarınızda 4-5 dənə ağ tük varsa,onlara görə tez-tez boyamayın. Boyanı saçlar 30% ağaranda qoyun.Əgər başda 25 yaşında artıq 3-4 ağ tük varsa, deməli, gələn il onların sayı 6-7 olacaq. Çünki ağ saçlar ilbəil iki dəfə artır.
Saçlar vaxtından əvvəl qocalırmı?
Qadınlar hesab edir ki, kişilərdə ağ saçlar onu yaraşıqlı göstərir. Kişilər isə əksinə, qadının saçında ağ tükləri görən kimi "Yəqin yaşlanır" deyə düşünür. Əlbəttə ki, onlar səhv düşünür. Saçların ağarması dünyanın sonu deyil. O,sizin səhhətiniz üçün də problem deyil. Ən pisi saçların tökülməsi və keçəlləşmədir. Ağarmış saç elə saçdır, sadəcə rəngi yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3888 Tarix: 01 sentyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zeytun yağından istifadə zamanı edilən 4 səhv
Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə
17 dekabr200 manat xərcləməyə gərək yoxdur, 10 qəpiklik əşya da həmin işi görür - VİDEO
Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə ya yanır, ya da dadı dəyişir. xəbər verir ki, mikrodalğalı sobada isinən zaman yeməyin dadı dəyişmir. Bu sobalar hər kəsin evində olmadığı üçün bəzi şəxslər dolma kimi yeməkləri isitməkdə çətinlik çəkirlər. Bu məqamda aşağıdakı videod
21 dekabrİranlı bloqer estetik əməliyyatların sayına görə rekord vurub
Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və "dünyanın ə
17 dekabrAlmaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb
Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina
18 dekabrBu məşhurun avtoqrafı fantastik qiymətə satılır
Dünyanın müxtəlif hərraclarında məşhurların avtoqrafları fantastik məbləğlərə satılır. Lakin ən bahalı imza nə bir sənətçiyə, nə də yazıçıya məxsusdur. Söhbət Albert Eynşteyndən gedir. xarici mediaya istinadla xəbər verir ki, onun avtoqrafı bütün tanınmış şəxslər arasında ən dəyərli hesab olunur. Mütəxəssislə
17 dekabrYeni il süfrəsinin "təhlükəli ərzaqları"
"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir". xəbər verir ki, bu barədə -ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib. Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır
18 dekabrİtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var
Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə
17 dekabr