Mahir Şükürovdan etiraf: Siqaret çəkirdim də, oynayırdım da - VİDEO

Mahir Şükürovdan etiraf: Siqaret çəkirdim də, oynayırdım da - VİDEOAzərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov "CBC Sport" telekanalında yayımlanan "3-cü hissə" verilişində qonaq olub.

Sonxeber.az xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı "Neftçi"nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

Şükürov yaxınlarda sosial şəbəkədə paylaşdığı forma kolleksiyası haqqında danışarkən, "Neftçi"nin heyətində İtaliya "İnter"i ilə oynadığı vaxt formasını əldə etdiyi Filippe Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını "gördüyünü" deyib.

Mahir "Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?" sualını da cavablandırıb. O bu fikirlə razılaşmadığını bildirib: "Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdır. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir".

Şükürov proqramın aparıcısı Elnur Məmmədlinin "Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə, asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır" iradını da özünəxas şəkildə cavablayıb: "Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, Allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi".

Azərbaycan futbolunun əsas problemlərindən biri - oyunçuların legioner həyatı yaşaya bilməmələri də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib: "Azərbaycanlıların mentaliteti bir az fərqlidir. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər".

Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib. O, "Neftçi"yə ikinci qayıdışı ilə bağlı suala cavab verərkən orda "dedovşina" olduğunu bildirib: "Dedovşina" hər klubda var. Elə də olmalıdır. Heyəti cavanlaşdıranda gördünüzmü ki, "Neftçi" nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb".

Futbolçunun ən maraqlı etirafı isə siqaret çəkməsi ilə bağlı olub: "Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. "Karşıyaka"da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol".

"Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?" sualına Mahir Şükürov özünə məxsus tərzdə cavab verib: "Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1183   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021