Azərbaycanda ölüm niyə cavanlaşır?

Azərbaycanda ölüm niyə cavanlaşır?"Bütün dünya ölkələrində ölüm səbəbləri arasında birinci yerdə məhz ürək-damar xəstəlikləri gəlir. Əksər hallarda insan orqanizmində damarla bağlı xəstəliklər, özünü heç bir ciddi əlamətlə büruzə vermədiyi üçün insanlar bu xəstəliklərdən xəbərsiz olurlar. Bu isə insan həyatı üçün çox ciddi təhlükəli mərhələlərə yol aça bilir".

Bu sözləri Publika.az-a son zamanlarda Azərbaycanda əhali arasında infarktdan ölüm hallarının sürətlə artmasına münasibət bildirən, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, qeydə alınan ölüm hallarının böyük əksəriyyətinə\ infarktla yanaşı, insult da səbəb olur:

"Ümumiyyətlə, insan orqanizmi üçün bəlli bir standartlarda qida rasionu, fiziki hərəkət və balans zərurdir. Lakin təəssüflər olsun, biz bu gün demək olar ki, avtomatlaşdırılmış sistemdə yaşayırıq. Buna görə də əhali orqanizmin qəbul etdiyi kolori ilə sərf etdiyi kalori arasındakı balansı qoruya bilmir. Onsuz da hazırda qidaların tərkibindəki dəyişikliklər orqanizmə yetəri qədər ziyan vurur. Bununla yanaşı, insanlar da çoxlu qida qəbul edərək passiv və oturaq həyat tərzi keçirirlər. Bu da bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. Piylənmə şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi müsbət xolesterolun aşağı olması, gündəlik zəruri idman hərəkətlərinin edilməməsi stress, əsəb, ürək-damar xəstəliklərinə səbəb ola bilir. İnsanlar çox tənbəlləşib. Kalori qəbulu və sərfiyatı arasındakı disbalans isə maddələr mübadiləsi məhsullarının kirəc şəklində damarların divarlarına çökərək, onun daralmasına səbəb olur. Bax, bu isə vaxtından əvvəl ürək və beyin əzələlərində işemik xəstəliklərin yaranmasına gətirib çıxarır. Çünki ürək və beyin oksigenə olduqca həssas orqanlardır. Bununla yanaşı, bir sıra başqa xəstəliklər də ani ölümlərə gətirib çıxara bilir".

Professor əlavə edib ki, ölüm halları təkcə infark və insult diaqnozu ilə qeydə alınmır. "Ürəyin elektrik dayanması" deyilən anlayış bu prosesin özəyini təşkil edir:

"Ani olaraq keçiricilik pozulur və ürək dayanır. Damarlarda qəflətən yığılma baş verir və bu isə səbəbi bilinməyən məsələdir. Ürəyin sağ və sol mədəciklərində, oyanma ocaqlarında yaranan problemlərdir. Anadangəlmə, ya da sonradan qazanılmış xəstəliklər də ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb ola bilir. Bu mövzuda dəqiq hər hansı bir statistik rəqəm demək olmur. Amma həkim olaraq, son vaxtlarda bu iki diaqnozda xəstələrin artan dinamikasını görürük".

Ölüm hallarının qarşısını almaq üçün insanların mütləq şəkildə aktiv həyat tərzinə və qida rasionuna diqqət etməli olduqlarını dilə gətirən A.Qeybulla, sürətli və normadan artıq qidalanmanın da ölüm riskini artırdığını deyib:

"İnsanlar gün ərzində lazımsız qida istehlakına üstünlük verirlər. Ümumilikdə əhali arasında qidalanma miqdarı olduqca çoxdur. Gümrah olmaq üçün mümkün qədər az yemək və çox hərəkətdə olmaq lazımdır. Bu isə təbii olaraq, şəxsə, onun orqanizminə görə dəyişir".

A.Qeybulla onu da qeyd edib ki, gənc yaşda infark diaqnozu ilə ölənlərin sayında sürətli artım qeydə alınıb. Təəssüf olsun ki, ilbəil gənclərin alkoqollu içkilərə və tütün məhsullarına meyli artır:

"Bu gün ümümumiyyətlə siqaret çəkən kütlənin sayı olduqca artıb. Siqaret istifadəçiləri arasında qadınların sayı demək olar ki, oğlanların sayına çatmaqdadır. Bundan başqa, Bakıda bəlkə də 1 milyondan çox texniki standartlara cavab verməyən avtomobil var. Onlar havanı çirkləndirərək atmosfer havasının tərkibində xərçəng xəstəliyi yaradan maddələri əmələ gətirir. Normadan artıq çirklənmə təbii ki, insan orqanizmində, xüsusilə riskli olan ağciyər xərçənginin yaranmasına şərait yaradır".
Azərbaycanda ölüm niyə cavanlaşır?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1671   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel