İtlərlə toy fotosessiyası edən xanım

İtlərlə toy fotosessiyası edən xanımFəridə Nəbiyeva: "İtlərə faydam dəyirsə, gülüş hədəfinə çevrilməyimin önəmi yoxdur"

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanlar kimilərsə tərəfindən döyülür, öldürülür, işgəncələrə məruz qalır, ya da acından, soyuqdan tələf olurlar. Bir qrup heyvan müdafiəçiləri bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Pul yığıb yemək alır, baytara aparır, müalicə etdirir və onlara yuva, sığınacaq tapmağa çalışırlar. Əsas məqsədləri insanlar arasında heyvan sevgisini təbliğ etmək və küçə itlərinə qarşı olan zorakılığın qarşısını almaqdır. Lakin əksər insanlar duyğulu olmasa, bu problemin öhdəsindən gəlmək mümkün deyil. Onlar səslərini eşitdirmək, diqqət çəkmək üçün sosial şəbəkələrdə fərqli üsullara əl atırlar. Bu həftə isə toy fotosessiyasını heyvanlarla edən gəlin hamının diqqətinə səbəb olmuşdu. Biz də sosial şəbəkələrin müzakirə obyektinə çevrilən gəlinlə söhbətləşdik.

Müsahibimiz heyvan müdafiəçisi Fəridə Nəbiyevadır. Həmsöhbətimiz Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.

Bəysiz fotosessiya...

Fəridə toy günü geyinib-keçinib, fotoqrafla birlikdə Balaxanıya - sığınacağa yollanıb. Son zamanların trendinə çevrilən "love story"-dən fərqli olaraq, gəlin paltarında küçə itləri ilə şəkil çəkdirib. Deyir ki, heyvanları sevməyi ona valideynləri öyrədib. Bu səbəbdən də bəzi insanların küçə heyvanlarına olan rəftarı onu narahat edir: "İtlərin döyülməsi, işgəncə verilməsi, ac saxlanılması, yandırılması məni çox narahat edir. Bu, əsl problemdir. Mən hər həftə Balaxanıdakı sığınacağa gedirəm. İtlərə yemək aparıram, bəzən pul yardımı da edə bilirəm. İnsanların heyvanlara qarşı zorakı davranışlarını görəndə, çəkib sosial şəbəkə hesablarımda paylaşıram ki, belələri qınansın və problem ortadan qalxsın. Problemi həll etmək üçün minlərlə insanı buna cəlb etmək lazımdır. Ona görə də, biz qərar verdik ki, toy fotossesiyamızı heyvanlarla edərək, diqqətimizi bu sahəyə yönəldək".

Fəridə fotosessiyanı bəysiz edib. Deyir ki, toy günü olduğu üçün bəy məşğul olub: "Mən yoldaşıma demişdim ki, gəl fotosessiya edək, o isə deyirdi ki, bizim cəmiyyət bunu başa düşməyəcək. Hamı güləcək, gülüş hədəfinə çevriləcəyik. Mən bilirəm ki, onsuz da ilklərə çox vaxt gülürlər, amma sonra öz təsirini göstərir. Əgər mənim fotosessiyam insanları düşündürürsə, itlərə bir faydam dəyirsə, gülüş hədəfinə çevrilməyimin önəmi yoxdur. Sonra özü də bununla razılaşdı. Amma toy günü məşğul olduğu üçün gələ bilmədi. Əslində gəlin də çox məşğul olur. Amma bu, mənim məqsədim idi və etməli idim. Səhər rəfiqəmə zəng vurdum, gəlinlik paltarımı geyindim və küçə itlərinin sığınacağına getdik. Həmin gün hava çox soyuq idi. Külək, yağış yağırdı. Mən toyda iki gəlinlik paltarı geyinməli idim. Amma birinci paltarımı külək, palçıq yararsız hala saldığı üçün geyinmədim. Evə gəlib yenidən salonda hazırlaşdım və toya getdim".

"Heyvanlara qayğı ürəyin gözəlliyini göstərir"

Fəridənin şəkillərinə sosial şəbəkələrdə müxtəlif şərhlər gəlib. Neqativ şərhlərə əvvəlcə utansa da, pozitiv fikirlərin çox olması onu sevindirib: "Paylaşanda azca utandım. Sonra düşündüm ki, məqsədim yaxşıdır, fikir verməyim. İnsanlar əsas məqsədə fokuslanmır, fatanı, paltarı, makiajı pisləyirdilər. Yoldaşım rəyləri oxudu və çox utandım. O isə dedi ki, mən səninlə fəxr edirəm. Heyvanlara qayğı ürəyin gözəlliyini göstərir. Rəylərdə çox insan pozitiv reaksiyalar verirdi. Anladım ki, cəmiyyət dəyişikliklərə, fərqliliklərə hazırdır".

Yemək vermə, su vermə, amma işgəncə də vermə...

Fəridənin ən böyük narazılığı insanların heyvanlarla bağlı qanunları bilməməyidir. Həmsöhbətimizin sözlərinə görə, əgər insanlar heyvanlara verdikləri işgəncəyə görə, qanun qarşısında cavabdeh olduqlarını bilsələr, belə zorakılıqlar yaşanmaz: "Bizdə qanunvericilik bazası var. Heyvanı öldürməyə, işgəncəyə görə cərimələr var. Heyvanlara işgəncə vermək olmaz. Təəssüf ki, insanlar bunu bilmir. Hətta bəzi polislərin də bu barədə məlumatı yoxdur. Bir dəfə mən məhəlləmizdə bir hadisə ilə rastlaşmışdım və ərizə yazmışdım ki, itə işgəncə verirlər. İtin səsinə səhər saat 7-də oyandıq. Qan içində olan iti sürüyüb aparırdılar. Biz ərizə yazanda polis qəbul etmək istəmirdi və deyirdi ki, heyvandı də, bundan ötrü niyə şikayət edirsiniz? Bizə ərizə yazdırmamaq üçün deyirdi ki, belə bir cərimə növü yoxdur. Mən internetdən axtarıb tapdım və polisə məlumat verdim ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb. Lakin insanlar bunu bilmir. Hamı heyvanları sevməyə məcbur deyil. Amma heç kimin hüququ yoxdur ki, onları incitsin. Hamı başa düşməlidir ki, biz bunu etsək, qanun qarşısında cavabdeh oluruq. Bu planet ancaq bizim yaşadığımız yer deyil. Bizdən başqa da canlılar yaşayır. Bu insanların eqoistliyindən irəli gəlir ki, mən bu planetdə təkəm, bütün canlılardan üstünəm, digər canlıları canlı hesab etmirəm və incidirəm. Sən sevməsən belə, onu incitməyə haqqın yoxdur. Eybi yox, yemək vermə, su vermə, amma işgəncə də vermə".

"İtlərdə aqressiyanı biz yaradırıq"

Heyvan müdafiəçisinin sözlərinə görə, itlərdə aqressiyanı insanlar yaradır: "Heyvan sevgisi ailədən gəlir. Biz yaxşını, pisi ailədə öyrənirik. Uşaq da atasına baxır, ata, ana özünü necə aparırsa, o da həmin hərəkətləri edir. Sonra bağçada, məktəbdə davam edir. Məncə, təhsildə də bu problem qaldırılmalıdır. Uşaqların təfəkkürünə yazılmalıdır ki, heyvanları sevmək lazımdır. Məsələn, uşaq heyvanı nazlamaq istəyir, valideyn deyir ki, yox murdardır, qov onu. Hətta bir dəfə balaca uşaq it balasının gözünə qum atırdı. Anası "etmə" demirdi, deyirdi ki, kənarda dur, səni dişləyər. İtlərdə aqressiyan biz yaradırıq, onlar dişləyir. Biz onları incitməsək, dişləməzlər".

"İtlər məskunlaşdıqları yeri öz əraziləri kimi qoruyurlar"

Problemin həll yoluna gəldikdə isə həmsöhbətimiz deyir ki, bunu həll etmək üçün axtalaşdırma proqramını həyata keçirmək lazımdır: "Küçədə olan heyvanları sevə bilərsiniz, onlara yemək verə bilərsiniz. Amma həqiqətən küçədə olan heyvan problemini həll etmək istəyirsinizsə, axtalaşdırmaq məsələsinə ciddi yanaşmaq lazımdır. Kömək etmək lazımdır ki, küçədəki sahibsiz itlər qısırlaşdırılsın, onlar yeni balalar doğmasın, küçədə artmasınlar. Ayrı-ayrı klinikalar, təşkilatlar var. Endirimli proqramlar edirlər. Bir neçə iti aşağı qiymətlə qısırlaşdırırlar. İtlər məskunlaşdıqları yeri öz əraziləri kimi qoruyurlar. Məsələn, sizin ərazidə itlər varsa, onları qısırlaşdırsanız, artmayacaqlar və sizin məhəlləyə sahiblənib öz əraziləri kimi qoruyacaqlar. Əgər küçədə yemək tapa bilsələr, itlərin ömrü 6-7 ildir. Ev şəraitində isə 15-20 ilə qədər yaşayırlar. Amma küçədə tez ölürlər. Həmin müddətdə itlər ərazini qoruyur, yeni itlərin daxil olmasına icazə vermirlər".

Qeyd edək ki, sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, qonşu Türkiyədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində isə heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır. Avstriyada itlərin quyruğunu, yaxud da qulağını kəsmək, zəncirləmək qanun pozuntusu hesab edilir. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.
İtlərlə toy fotosessiyası edən xanımİtlərlə toy fotosessiyası edən xanımİtlərlə toy fotosessiyası edən xanım


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1408   Tarix: 13 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA

Azərbaycanda əhalinin hər 1 00 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 00 nəfərinə düşən doğulan uşaq sayı azalara

12 may
.

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. "Report" xəbər verir ki, bu, Biznes mühit

11 may
.

Azərbaycan qarğıdalı idxalını 34 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 30 min 323 ton qarğıdalı idxal edilib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 10 milyon 572 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq həcm baxımında

12 may
.

Elbay Qasımzadə: "Şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq"

"Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, "zərərin yarısından da qayıtma

11 may
.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. xarici KİV-ə istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki, daha yaxşı yatacaqsınız. Meditasiya, insanlarla ünsiyyət və ya isti vann

18 may
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12 may
.

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO

Bakıda klon kimi fəaliyyət göstərən ali təhsilli klounun açıqlamaları diqqət çəkib. APA TV-yə müsahibə verən kloun insanların onun peşəsinə olan münasibətindən gileylənib. "Özünə kişi işi tap" kimi ifadələrlə qarşılaşan müsahib narazılığını dilə gətirib. Daha ətraflı videoda:

12 may
.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin...

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərindən imtina etməlidir. İmtahana hazırlaşmaq üçün günün hansı vaxtı yaxşıdır?. xaric

18 may
.

"Apple" şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

"Apple" şirkəti bu həftə yeni ultra nazik "iPad Pro" ilə birlikdə "Crush" reklamını təqdim edib. Ancaq video çıxdığı iki gündə çoxlu tənqidə məruz qalıb. "Apple" buna cavab olaraq videonun yersiz olduğunu etiraf edib və üzrxahlıq edib. "Crush" reklamınd

12 may