Üç dəfə evlənən müğənnimiz: "Evli ola-ola bir ailə də qurmuşdum"

Üç dəfə evlənən müğənnimiz: "Evli ola-ola bir ailə də qurmuşdum""Şeron" qrupunun bədii rəhbəri, müğənni Rüstəm Zeynalovdur müsahibə verib.

Sonxeber.az ailem.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Rüstəm bəy, son zamanlar evlənib boşanan ailələrin sayı çoxalıb. Xüsusilə də sənət aləmində bu cür hallara daha çox rast gəlinir. Sizcə, buna rəvac verən səbəblər hansılardır?
- Ailə məsələsi elə bir şeydir ki, Azərbaycanda bir çox insanlar artıq bu məsələləri unudublar. Məsələn, mentalitetə bağlayırlar, yaxud da şifahi olaraq ata-babadan eşitmişik ki, "arvad belə olmalıdır". Peyğəmbərimiz bizə öyrədir ki, müsəlman olaraq bir insan ailə qurmaq istəyirsə, tələsmək lazımdır. Digər bir çox məsələlərdə tələsmək şeytandan sayılır. Hətta atalar sözü də var ki, tələsən təndirə düşər. Amma ailə məsələsində peyğəmbərimiz deyir ki, gördünüz, xoşunuza gəldi artıq qərar verin və tez evlənin ki, araya nifaq düşməsin. Kiminsə gözü düşər, kiminsə nəfsi qalar, şeytan aranı qarışdırar. Şeytanın əsas işi odur ki, ailə alınmasın, gənclər pozğun həyat sürsünlər, yəni zina həyat yaşasınlar. Həmçinin ailə qurulandan sonra onu ayırmaq da şeytanın işidir. İnsan gərək belə şeylərdə diqqətli olsun və seçdiyi bir xanımdan xoşu gəlirsə, dərhal qərar verib, məsləhətləşib ailə həyatı qurmalıdır.

- Son zamanlar rəsmi nikahdan kənar, dini kəbin kəsdirib bir yerdə yaşamaq da belə deyək, dəb halını alıb...
- Ailə quranda çoxları rəsmi nikahla yanaşı kəbin kəsdirir. Kəbin müsəlmanlara aiddir. Kəbin nikah deməkdir. Hətta bir çox insanların ailəsi var. Amma deyir ki, mən bir dənə də kəbinli ailə istəyirəm. Bilirsiniz, gizli kəbin ola bilməz. Əgər bir insanın ailəsi varsa və yenə də ailə qurmaq istəyirsə, buna Allahın icazəsi var. Hətta "Quran"da bu barədə ayə də var. "Nisa" surəsinin üçüncü ayəsində deyir ki, xoşunuza gələn halal qadınlardan ikisi, üçü, yaxud dördü ilə evlənin. Onların arasında ədalətli olmayacağınızdan qorxursunuzsa, onların biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır. İnsan bilməlidir ki, ailə qurursa və başqa ailə də qurmaq istəyirsə, bu, gizli ola bilməz. Ailə qurursansa, hər kəsə elan edəcəksən. Məsələn, sən sabah ölsən, uşaqların bacı-qardaşdılar, amma tanımırlar bir-birini. Onlar sabah evlənsə, necə olar? Ona görə də nikah açıq olmalıdır.

Nikah elə bir şeydir ki, orada ailənin sərhədlərini gözləməyi, qadına qarşı diqqətli olmağı öyrədir. Yəni şəxs bilir ki, arvad alanda kölə, qulluqçu almır. Bu zamana qədər tək idinsə, indi səndən əlavə qadın da var və sən ona görə məsuliyyət daşıyacaqsan. Gərək onun qəlbini qırmayasan, haqları olan şeyləri ona alasan. Geyindirməlisən, yedizdirməlisən - bunlar sənin borcundur. Sonra sənin övladın olacaq ona qarşı necə olmalısan və sair.

- Bəs bütün bunları nikah bağlamadan bilmək mümkün deyil?
- Bilirsiniz ki, İslama qədər qadının haqları yox idi. Ona qədər misal üçün, həyat yoldaşı vəfat etdikdən sonra qadının heç bir miras haqqı yox idi. Hətta mirası kim ala bilərdi? Kişinin qohumları, qonşuları, heç kəsi yox idisə, aralarında dağıdırdılar, amma onun arvadının heç bir haqqı yox idi və onu bayıra atırdılar. İnsanlar öz qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Amma İslam gələndən sonra qadının haqlarını göstərdi. Demək olar ki, kişi ilə qadının haqları bərabərdir. Sadəcə olaraq, kişinin haqları qadından bir pillə üstündür. Bilirsiniz ki, həmişə kişi peyğəmbər göndərilib, qadın peyğəmbər göndərilməyib. Kişi başçı ola bilər, qadın ola bilməz və sair. Kişi biləndən sonra ki, evdə qadının haqları nədir, o, yoldaşına qarşı daha diqqətli olar. Bilməyəndə isə... Yəni bilənlə bilməyən eyni olmur. Kişi bilməlidir ki, yoldaşının ona hamballıq, qulluqçuluq etmək borcu yoxdur. Sadəcə olaraq, o, Allahın razılığını qazanmaq üçün ərinə baxır, yemək bişirir, paltarını yuyur, uşağa baxır və sair. Allahın və yoldaşının razılığını qazanmaq üçün edir bunları. Kişi bunları biləndən sonra yoldaşına qarşı daha da nəvazişli olur. Yaxşı olar ki, cəmiyyətdə insanlar ailə həyatının məsuliyyətini bilsinlər. Bu, ailələrin dağılmamağına, daha da möhkəm olmağına səbəb ola bilər.

- Deyirsiniz ki, ailələrin dağılması yaxşı bir iş deyil. Amma özünüz iki dəfə ailənizdən ayrılmısınız, həttaüçüncü dəfə ailə həyatı qurmusunuz...
- Bilirsiniz, biz hamımız gənc olmuşuq. Birdən-birə bu yaşa gəlməmişik ki. İnsan zamanla elmlənir, öyrənir, sonra müdrikləşir və addımlarında daha da düşüncəli olur. Artıq bir sözü dedikdə düşünür ki, onun axırında nə ola bilər? Mən ilk dəfə evlənəndə 20 yaşım var idi. O zaman çox gənc idim. Bilmirdim ailə həyatı nədir. Sadəcə olaraq evlənmişdim. Düzdür, bu ailə həyatı az müddət çəkmədi, 14 il davam etdi. O ərəfədə mən bir ailə də qurmuşdum...

- Bu necə olmuşdu ki...?
- Çox gözəl olmuşdu... (gülür)

- Necə yəni, bəs bu evliliyinizi gizli həyata keçirmişdiniz, yoxsa açıq şəkildə?
- Əlbəttə ki... Bilirsiniz, hər cəmiyyətdə bu, normal qəbul olunmasa da bilirdim ki, normal və yaxşı bir şeydir. Sadəcə olaraq bunu qoruyub saxlamaq məsələsi vardı. Bilirsiz necədir? Elə şeylər var ki, insan hər şey də etsə, o şey ki alınmamalıdır, alınmayacaq. Sadəcə olaraq, biz bütün şanslardan istifadə etməliyik. Yaxud da görürsən ki, ailə üzvlərindən kimsə xəstə olur. Hətta ümidsiz də olsa, əlindən gələn hər şeyi edirsən ki, sağalsın. Ailə məsələsində də insan axıra qədər dayanmalıdır. Mən demirəm ki, ideal insanam, ailəmin dağılmaması üçün hər şeyi yoxlamışam. Təbii ki, mənim də öz səhvlərim, buraxdığım boşluqlar var.

- Məsələn, hansı səhvlər?
- Artıq bunları desəm, çox olar. Bilirsiniz, məndən çox zaman ona görə müsahibə götürmürlər ki, sualın özündən yox, ətrafında danışırsan. Ailə məhrəm şeydir və gizli qalmalıdır. Mən ömrümdə birinci dəfədir ki, ailəm haqqında müsahibə verirəm. Həm də mən ailəm haqqında yox, ailə haqqında danışıram.

- Sizcə, bir neçə dəfə evlənib boşanmış bir şəxsin ailə haqqında kimlərəsə nümunə göstərməyi nə dərəcədə doğrudur?
- Bilirsiniz, bu, cəmiyyət tərəfindən etibarlı qəbul olunmaya da bilər. Yəni onların haqqı da var. Deyə bilər ki, bu adam üç dəfə ailə qurub, ikisi dağılıb. Hələ üçüncüsü də qurulub və bilinmir ki, nə qədər davam edəcək. Hələ iki-üç ildir evlənib, bu adamdan biz nə öyrənək? Sadəcə, bir insan özünü islah etməyənə qədər, Allah da onu islah etməz. Hər insan dəyişə bilər. Mən, məsələn, özümdə həmin dəyişikliyi nəinki hiss etmişəm, artıq o dəyişikliyi tətbiq etməyə də başlamışam. Cəmiyyət arasında qohumlar, yaxınlar o dəyişiklikləri qəbul etməsə də. Mən onu məharətlə tətbiq edirəm və istəyən inansın, istəməyən inanmasın. Mənim, ola bilər ki, mənfi xüsusiyyətlərim olub və onları tərgitmişəm. Bir zamanlar hansısa hadisələrə başqa cür reaksiya verirdimsə, artıq bu gün elə reaksiya vermirəm. Xüsusilə ailə həyatımda çox diqqətliyəm. Ailəmi qorumaq üçün qollarımı çırmamışam və bu məsələdə çox mübarizəm. Artıq Allaha təvəkkül edib, bu məsələləri deyirəm. Çünki hər şey Allahın əlindədir. Mən yalnız öz öhdəmə düşəni qorumağı nəzərdə tuturam. Yəni uşaq yatırsa, üstünü örtmək, qayğı göstərmək, yoldaşa nəvaziş göstərmək lazımdır. Birdən onun ürəyindən bir şey keçər, mən onu dilimə gətirim. Valideynləri ilə əlaqə saxlasın. Tez-tez onun yadına salıram ki, birdən yadından çıxar.

- Bu evliliklərdən neçə övladınız var?
- Birinci ailəmdən iki övladım var. Oğlum 16, qızım 13 yaşındadır. Oğlum boksla məşğul olur və öz yaşıdları arasında birinci yerə çıxıb. Oğlumun adı Əbdüləzizdir, qızımın adı Selcanxatundur. İndiki evliliyimdən də bir oğlum var.

- Bir müddət əvvəl ikinci yoldaşınız - Aftandil İsrafilovun qızı ilə ayrılmağınızla gündəmə gəlmişdiniz...
- Belə bir hadisə olmuşdu. Ona mən qalmaqal deməzdim. Sadəcə, bir anlaşmazlıq olmuşdu. Mən də dərhal açıqlama vermişdim. Çünki həmin anda açıqlama verməsəydim, yaxşı çıxmaya bilərdi. Ona görə ikinci ailə həyatımın alınmamağı haqda müsahibə verdim ki, biz uşaqlıq dostuyuq, bir yerdə böyümüşük, 9 yaşından bir yerdə olmuşuq, bir-birimizə qarşı kişinin qadına, qadının kişiyə olan məhəbbətindən əlavə hörmət, etibarımız var. Təbii ki, bu günləri ünsiyyətimiz sıx deyil. Amma yenə də o etibar qalır. Mən öz adımdan deyirəm və o adamı da gözəl tanıyıram ki, mənə həmişə xoşbəxtlik arzu edən biridir. Mən də ona xoşbəxtlik arzu edirəm. Bir dam altında yaşamaq bizdə alınmadı. O da bizim, necə deyərlər, həyat prinsiplərimizə görə. Şəxsi məsələlər ortada yoxdur. Onun valideynlərini də çox istəyirəm, ailəsini öz ailəm kimi görürəm, indi də belədir. Hətta valideynləri ilə üz-üzə gələndə qucaqlaşırıq. O qədər isti münasibətimiz olub ki... Onlara çox böyük sayğım və ehtiramım var.

- Eşitdiyimizə görə, hazırkı xanımınız milliyyətcə ərəbdir...
- Bəli, yoldaşım ərəbdir, Əlcəzair vətəndaşıdır. Biz Azərbaycanda tanış olduq. Sırf ərəb dilini bilməsəm də, onunla sadə ünsiyyət qura bilirəm. Yoldaşım ərəb dili mütəxəssisidir, eyni zamanda ingilis və fransız dilini də peşəkar şəkildə tədris edir. Hətta Azərbaycan dilində danışmağı 20 gün ərzində öyrənib və səlis danışır. Azərbaycanlılar onunla ünsiyyətdə olsalar, bilməzlər ki, o ərəbdir.

- Onunla rəsmi evlisiniz?
- Bəli, üç ildir ki biz rəsmən evlənmişik və iki yaşlı oğlumuz var.

- Tam fərqli bir coğrafiyanın insanlarısınız. Necə uyğunlaşdınız? Məsələn, milli xörəklərimizi bişirə bilir?
- Bişirir, əlbəttə. Düzdür, bizim kişilərin ürəyinə yol mədəsindən keçir. Amma bilirsiz, ailənin xoşbəxtliyi üçün bunlar hamısı ikinci-üçüncü dərəcəli şeylərdir. Əsas şeylər var və mən xoşbəxtəm. Birincisi, biz islamdayıq. Bu, bizi bağlayan əsas meyardır. Sonra bir-birimizə olan əxlaqi cəhətlərimiz, diqqətimiz və sair var. Biz insanıq, qüsurlarımız ola bilər. Məndə də ola bilər, yoldaşımda da. Əsas odur bu qüsurları gözəl şəkildə keçə bilək. İnsan bu qüsurlarla da bir yerdə yaşasa, hətta haradasa xarakterində olan mənfi xüsusiyyətləri tərgitməyi bacarmasa belə, yenə də özünü xoşbəxt hiss edə bilər. Mən deyə bilmərəm, yoldaşım ideal insandır, yaxud o deyə bilməz ki, mən idealam. Sadəcə olaraq, biz bir yerdə xoşbəxtik.

- Son vaxtlar sizi mətbuatda çox görmürük. Sənətlə bağlı hansı yenilikləriniz var?
- Mən fəaliyyət göstərməyə davam edirəm. "Şeron" qrupunun bədii rəhbəriyəm. Həm ansambl, həm orkestr heyətimiz var. Ümumilikdə haradasa 20 nəfərik. Fəaliyyət göstərdiyimiz yerlər kommersiya xarakteri daşımır. Yaxın adamların birinin toyu olur, hansısa şirkətin açılışı olur, yubileyi olur, oralarda fəaliyyət göstərdiyimizə görə biz çox işıqlandırılmırıq. Bundan başqa, son zamanlar film musiqiləri yazıram. İllərdir təklif edirdim, qəbul etmirdilər. Artıq 9 filmə musiqi yazmışam. Bir filmimizin kinoteatrlarda nümayişi başladı.

- Dediyiniz kimi, kifayət qədər geniş musiqi heyətiniz var. Bəs maddi təminatı necə həll edirsiniz?
- Maddiyyatı hamı kimi, hərə bir yerdən. Bizim musiqi ilə məşğul olmağımız peşəkar olmağına baxmayaraq, bir az qıraqdan hobbi kimi görünür. Amma bu, belə deyil təbii ki. Hazırda bizim kollektivimizdə çalışan insanlardan biri mediada, hansısa informasiya agentliyində, televiziyada çalışır, biri filmlərə çəkilir və sair. Hərənin hansısa ikinci bir fəaliyyəti də var. Baxmayaraq ki, əsl peşəmiz musiqidir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 6096   Tarix: 16 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021