Cabir İmanov: "1 milyon dollar lazımdır"

Cabir İmanov: "1 milyon dollar lazımdır"Əməkdar artist Cabir İmanov Azərbaycanda çəkilən kommersiya xarakterli filmlərdən danışıb.

Aktyor cüzi vəsaitə çəkilən həmin filmlərin çox çətinliklə ərsəyə gəldiyini vurğulayıb:

"İnsanlar bilməlidir ki, bu filmlər yaradıcı heyətin min bir əziyyəti hesabına başa gəlib. Adamlar bunun üçün can qoyur, bunu qiymətləndirmək lazımdır. Buna görə də, tənqid etmək düzgün deyil".

Aktyorun fikrincə, filmlərimizi dünyaya çıxarmaq üçün sərmayə qoymaq lazımdır:

"Dünya səviyyəsində mükəmməl bir film çəkib, onu ölkə kənarına çıxarmaq üçün külli miqdarda vəsait tələb olunur. Gərək sərmayə qoyasan ki, əvəzində gəlir də götürə biləsən. Belə bir film çəkmək üçün bir milyon dollar lazımdır. O halda, biz istənilən keyfiyyətdə film istehsal edib, dünyada tanıda bilərik. Bunu yüz faiz əminliklə deyirəm".

C.İmanov tamaşaçı cəlb olunması üçün kommersiya filmlərində istifadə olunan söyüş, qurşaqdan aşağı zarafat və digər açıq-saçıq səhnələrə də münasibət bildirib:

"Belə üsullardan istifadə etmək olar, amma əndazəni aşmamaq şərtilə. Əgər tamaşaçılar bunu tələb edirsə, o halda, istifadə etmək olar".

mənbə: yenicag.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2990   Tarix: 17 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

8 may
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19 aprel
.

Xalq artisti VƏFAT ETDİ

Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, sənətkar 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır

20 fevral
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan "oğurlayıb"

Pop kralı Maykl Cekson özünün yaratdığı "Ay yerişi" (moonwalk) rəqsi ilə xüsusilə sevildi. Hər kəsin "Cekson rəqsi" adlandırdığı bu qəribə breq-dans nümunəsi onun ən böyük uğuru və kəşfi hesab olunurdu. Lakin -ın araşdırmasına görə, bu rəqsi əslində ondan illər öncə İranda oynayıblar

9 may
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral