Rasim Balayev Baş nazirə müraciət etdi

Rasim Balayev Baş nazirə müraciət etdiAzərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir ki, Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında apardığı yoxlamalarda əsas iradlardan biri müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olmasıdır.

Son iki ildə kino istehsalının durğunluğuna da diqqət ayıran AKİ sədri məktubunda qeyd edir: "1997-ci ildən sonra minimal əməkhaqqı dəfələrlə artıb, hətta 2016-cı ildən ölkəmiz uğurla yeni manata keçib, işçi əməyinin keyfiyyəti və dəyəri yüksəlib. Qeyd edim ki, adıçəkilən qərardan 27 il keçməsi səbəbindən kino sahəsində yeni peşələr də əmələ gəlib ki, onların qonorarlarının məbləğini bu qərar ehtiva etmir. 2023-cü ildə Palatanın apardığı yoxlamanın nəticələri AR prokurorluğuna göndərilib. Prokurorluq orqanları da aparılan yoxlamaya əsasən qonorarların 1997-ci ildə qəbul edilmiş qərara əsasən verilməməsini, məbləğindən asılı olaraq artıq sərfiyyat və ya mənimsəmə kimi şərh edir. Qeyd edim ki, iki ildir dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, dövlət sifarişi ilə film çəkilişləri dayandırılıb.

1997-ci ildə qəbul edilən qərara çəkiliş heyətinin məvaciblərinin miqdarı da daxildir və qərarın tarixini nəzərə alsaq, oradakı məbləğlərin indi qəbul edilmiş minimal əməkhaqqından az olması heç də qəribə deyil. Bu hal da istehsalı reallaşdıran studiyaları, Əmək Məcəlləsini pozmamağa, amma, 38 nömrəli qərarın bəndini pozmağa məcbur edir və nəticə olaraq Hesablama Palatası iradlarını bildirir. Xahiş edirəm, adıçəkilən qərarın dövlət sifarişi ilə film istehsalının bərpa olunmasına ciddi maneə yaratması səbəbindən aidiyyəti şöbələrə qərarın zamanın tələblərinə uyğunlaşdırılması göstərişini verəsiniz".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2362   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

5 saat əməliyyat olunan Aqil Məlikov: "Məndən gizlətdilər"

İyulda açıq ürək əməliyyatı olunan Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov "Evdəkilərə salam" verilişində səhhətində yaranan problemdən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bir müddət təngnəfəslik yaşasa da, əvvəlcə buna əhəmiyyət vermədiyini bildirib:. "Bir az tənginəfəs olurdum

18 oktyabr
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

20 oktyabr
.

Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər

2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin

29 oktyabr
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31 oktyabr
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

28 oktyabr