Bakıda meyitdən skelet hazırlayan adamlar axtarılır - VİDEO

Bakıda meyitdən skelet hazırlayan adamlar axtarılır - VİDEOMeyitdən skelet hazırlayan adamlar axtarılır. Azərbaycan Tibb Universiteti yarandığı gündən əyani vəsait sarıdan problem yaşamasa da, son illər bu problemlər özünü göstərməyə başlayıb. Son vaxtlar universitetdə köhnə vəsaitlərdən istifadə olunur. Skelet, kəllə sümüyü, döl, tənəffüs yolu və digər bu kimi orqanların yaşı yarım əsrdən çoxdur. Son vaxtlar isə heç kim meyitdən skelet çıxarmaq istəmir.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin sözlərinə görə, muzeylərdəki eksponatlar da köhnəlib. İndi uşaqlar fərqli anomaliyalarla doğulsalar da, bunu insanlara nümayiş etdirə bilmirlər. Halbuki xəstəliklə mübarizə aparmaq üçün onun mənbəyinin araşdırılması əsas zərurətlərdəndir.

Hazırda universitetdə skelet hazırlayacaq adamlar işə dəvət olunur. Bu zaman namizədin tibb təhsilinin olması vacib deyil. Texniki işçi kimi onlar əvvəlcə təcrübə keçəcəklər. Sadə orqanların eksponatından sonra onlara skelet hazırlamaq şəraiti yaradılacaq. İşə götürülən gündən isə bu şəxslərə əməkhaqqı təyin olunacaq. Maaşın məbləği isə sonradan müəyyənləşdiriləcək.

Professor Vaqif Şadlinski Azərbaycanda bu sahəni bilən az sayda mütəxəssisin olduğunu və yeni mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu deyir.

Meyitdən skelet xüsusi incəliklə çıxarılmalıdır. Əks halda toxumalardan ayrılan skeletin anatomiyasına ziyan vurula bilər. /xezerxeber.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1673   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Polis 18 yaşlı bu gənci axtarır - FOTO

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 2024-cü il aprelin 27-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb. xəbər verir ki, Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm., gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar

6 may
.

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. -in məlumatına görə, müraciətdə avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarından yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməl

6 may
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

6 may
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. "Report"un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Elşad Şirin oğlu Qayımo

6 may
.

Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO

Əvvəlki illərə nisbətən gənc oğlanlar 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər. Maraqlıdır, oğlanlar niyə evlənmək istəmirlər?. Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində Dövlət Statistika Komitəsinin sözçüsü Tünzalə Qarayeva bildirib ki, 61 939 qeydə alınmı

6 may
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

6 may
.

Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib

Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib. Bu barədə -a Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edək ki, Şamo Mürşüdov "Bank Respublika" ASC-nin İnsan resursları departamentinə daxil olan Motivasiya və qiymətləndirmə şöbəsinin müdir

6 may
.

Leysan olacaq, dolu yağacaq

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək

6 may
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

6 may